Bir gün bazarda lotular basabas salıb Mollanın eşşəyinin noxtasını 
oğurlayırlar. Molla nə qədər axtarırsa, noxtanı tapa bilmir. Axırda eşşəyi 
qulaqlayıb gətirir evə. Bir neçə gündən sonra öz eşşəyinin noxtasını 
bir başqa qatırın başında görüb öz-özünə deyir: 
– Yaxşı, bu qatırın başı bizim eşşəyin başıdır. Bəs necə oldu ki, 
birdən-birə bədəni qatır bədəni oldu?