Molla baxır ki, eşşək yol ilə gedəndə elə ha başını əyib təzəkləri 
qoxulayır. Axırı yenə bir gün belə eliyəndə Molla eşşəkdən düşür, bir 
torba təzək yığıb evə gətirir. Axşam eşşəyi suvarıb tövləyə salır, içinə 
təzək doldurduğu torbanı da boynundan asır. Eşşək torbada təzək 
olduğunu hiss eləyib başını ora-bura vurur, torbanı boynundan çıxarmağa 
çalışır. Bunu görən Molla qəzəblənib deyir: 
– Nə özünü öldürürsən?.. Özün bəyəndin, mən də yığdım. Di canın 
çıxsın, ye də!..