Qonşulardan biri dəyirmana dən aparmaq üçün gəlib bir saatlığa
Mollanın eşşəyini istəyir. Molla deyir:
– Gedim eşşəyimə məsləhət eləyim, görüm nə deyir. Belə işləri o
məndən yaxşı bilər.
Bunu deyib, qayıdır girir tövləyə, nə eləyir, nə eləmir, qayıdıb gəlir
ki:
– Balam, vallah, eşşək razı olmur.
Qonşu təəccüb edərək soruşur:
– Niyə razı olmur, ay Molla?
Molla deyir:
– Deyir ki, məni özgəyə versən, səni söyəcək, məni döyəcək.
Top