Molla şəhərdə qazı olduğu günlərin birində keşikçi onun yanına
gəlib deyir:
– Qazı ağa, küçədə bir öküz vurub başqa bir öküzü öldürdü. Qanun
nədir? Nə eliyək?
Molla deyir:
– Get, ikisinin də sahibini çağır, gəlsinlər bura:
Keşikçi deyir:
– Vuran öküz sizinki idi, ölən öküz də sizin qonşulardan filankəsin.
Molla deyir:
– Hə?.. Yaxşı, nə eləmək olar ki? Öküz vurub da... Öküzdən qanbahası
almaq olmaz ki...
Keşikçi deyir:
– Belə mən çaşdım ey!.. Vuran öküz qonşununku idi, ölən öküz sizinki.
Molla bunu eşitcək deyir:
– Hə?.. Yox, onda deyəsən iş bir az dərin oldu. O qara kitabı ver,
baxım görüm.
Top