Molla eşşəyini bazarda satdıqdan sonra özü kəndə piyada
qayıtmalı olur. Bir tərəfdən yol uzaq, bir tərəfdən də qaranlıq düşür,
yazıq bilmir nə eləsin. Bir də baxır ki, kəndxuda atını karvansaradan
çıxarıb minir ki, kəndə getsin. Tez əbasını göstərib deyir:
– Ağa kəndxuda, mənim də bu əbamı al tərkinə, apar kəndə, nə
olar?
Kəndxuda soruşur:
– Yaxşı, özün niyə getmirsən?
Molla deyir:
– Mən piyadayam.
Kəndxuda soruşur:
– Yaxşı, apardım, kənddə kimə verim?
Molla deyir:
– Heç kimə vermək lazım deyil. Elə özü düşüb gedər.
Kəndxuda deyir:
– Məni dolama, ay Molla! Heç əba da öz-özünə gedə bilir?
Molla deyir:
– Öz-özünə getməyəcək ki... Mən özüm də əbanın içində, sənin
tərkində olacağam da... Kömək elərəm düşər, gedərik.
Top