Mollanın eşşəyi itir. Bir nəfər ona deyir ki: 
– Sənin eşşəyini padşah şəhərə hakim təyin eləyib. 
Molla bir az fikirləşib deyir: 
– Sən doğru deyirsən. Elə onun sir-sifətindən hakimlik tökülürdü. 
Padşahla da araları yaman kök idi. Lap “çaşqa-loşqa” idilər. Gedim 
görüm, başıma nə gəlir. 
Gedib bir noxta alır, bir az da ətəyinə arpa töküb gəlir hakimin divanxanasına. 
Baxır ki, hakimin yanında çoxlu adam var. Girir içəriyə, 
ətəyindəki arpanı ona göstərib başlayır muşqurmağa. Hakim bunun bu 
hərəkətinə məəttəl qalıb, təəccüblə üzünə baxır. Molla üzünü camaata 
tutaraq: 
– Mən ölüm, bunun forsuna bir baxın! Qulluğun böyüyüb deyə, indi 
məni tanımırsan? Heç elə bilginən dünənki eşşək deyil. Sonra yavaşyavaş 
irəli gedib tutur hakimin saqqalından, noxtanı keçirdir başına. 
Hakim qışqırır. Hökərlər içəriyə girib, Mollanı uzadırlar yerə, vur ki, 
vurasan. 
Molla qışqırıb deyir: 
– Eşşəyimi özünüzə hakim eləyibsiniz, bəs deyil, hələ məni də 
döyürsünüz? Təqsir sizdə deyil. Təqsir padşahdadır ki, dostbazlıq ilə 
mənim eşşəyimi əlimdən alıb, sizə hakim təyin eləyib.