Günlərin birində Molla Nəsrəddindən soruşurlar:
– Molla, sən bilərsən, Allahın gözü var, yoxdur?
Molla deyir:
– Var. Ancaq Allahın gözü bircə dənədi, özü də düz kəlləsindədi.
Odur ki, elə belə baxanda yer üzündəki adamları görə bilmir. Hərdən
bir əlini atıb bir nəfəri tutur, görə bilmək üçün qaldırır, qaldırır, lap təpəsinin
üstünə gətirir. Əgər xoşuna gəlirsə, bir müddət saxlayıb baxır,
yox, əgər xoşuna gəlmədi, elə oradanca kəlləmayallaq buraxır yerə.
Top