Tapılan ümumi test sayı : 8

Nidalar haqqında fikirlərdən biri yanlışdır:
A) Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə nida deyilir
B) Nidalar təəccüb, qorxu, təəssüf, hiddət və s. kimi hissləri ifadə edə bilir
C) Nidalar müəyyən hissi hallarla əlaqədar tələffüz edilən sözlərdir
D) Danışanın hiss və həyəcanını, qorxu və ya sevincini bildirən köməkçi nitq hissəsinə nida deyilir
Cümlələrdən hansında nida qorxu və narahatlıq bildirir:
A) Of, ürəyim partlayır
B) Düşdü bütün qəzetlər qiymətdən, ay can, ay can!
C) Allah sən saxla, vay – vay – vay
D) Ay haray, köməyə gəlin
Nida haqqındakı fikirlərdən hansı səhvdir?
A) Cümlənin əvvəlində gələn nidalardan sonra vergül və ya nida işarəsi qoyulur
B) Nidalar dildə söz yaradıcılığında da iştirak edir
C) Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulur
D) Cümlənin sonunda gələn nidalardan əvvəl vergül, sonra isə nida və ya üç nöqtə qoyulur
Nidalar haqqındakı fikirlərdən biri düzgündür:
A) Cümlənin sonunda gələn nidalardan sonra vergül qoyulur
B) Cümlənin əvvəlində gələn nidalardan əvvəl vergül qoyulur
C) Müstəqil leksik mənalı sözlər bəzən nidalara çevrilir
D) Nidalar dildə söz yaradıcılığında iştirak etmir
Şadlıq, sevinc bildirən nidalar hansılardır?
A) Hey, ay, aman, oho
B) Afərin, vay, ox
C) Vay, ay, pah atonnan
D) Ay can, bəh – bəh, paho
Beytdə işlənmiş nida hansı mənanı ifadə edir? (Of...Sənin gözlərin kor olsun, cəllad! Sənə demədimmi şirindir övlad!)
A) Təəccüb
B) Həyəcan
C) Yalvarış
D) Qəzəb
E) Təəssüf
Həm isim, həm də nida kimi işlənən sözləri göstərin
A) Ay, uy, oy
B) Xox, oy, ox
C) Bəh, ehey, vay
D) Ay, vay, ox
E) Of, afərin, aman
Modal sözün məna növlərinin hansında vergül qoyulmur?
A) Fikrin mənbəyi
B) Bənzətmə və müqayisə
C) Nəticə
D) Güman ,şübhə
E) Əminlik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top