Tapılan ümumi test sayı : 12

Söz birləşməsi və söz üçün ortaq əlaməti göstərin:
A) Hər ikisi bitmiş fikir ifadə edir
B) Hər ikisinin səslərdən əmələ gəlməsi
C) Hər ikisinin sözlərdən əmələ gəlməsi
D) Hər ikisinin ad bildirməsi
Söz birləşməsi ilə sözün fərqli xüsusiyyəti kimi verilə bilməz:
A) Söz birləşməsi səslərdən əmələ gəlir
B) Söz birləşməsi sözlərdən əmələ gəlir
C) Söz birləşməsi daxilində sözlərin mənası bir qədər konkretləşir
D) Söz birləşməsi də sözlər kimi ad bildirir
Aşağıdakılardan biri səhvdir:
A) Həm söz, həm də söz birləşməsi konkret ad bildirir
B) Sözlərlə söz birləşmələri arasında yaxınlıq var
C) Söz birləşməsi həm formasına, həm də mənasına görə sözdən fərqlənir
D) Söz səslərdən, söz birləşməsi isə sözlərdən əmələ gəlir
Söz birləşmələri haqqındakı fikirlərdən biri düzgündür:
A) Söz birləşmələri ilə mürəkkəb sözlər bir – birinə daha çox oxşayır
B) Söz birləşməsi yalnız formasına görə sözdən fərqlənir
C) Söz birləşməsi yalnız mənasına görə sözdən fərqlənir
D) Söz birləşməsi və söz arasında oxşar cəhət yoxdur
Söz birləşməsi və söz üçün ortaq sayıla bilməz:
A) Söz ümumən ad bildirir, söz birləşməsi isə konkret
B) Söz səslərdən, söz birləşməsi isə sözlərdən əmələ gəlir
C) Hər ikisinin ümumi ad bildirməsi
D) Həm söz birləşməsi, həm də söz ad bildirir
Söz birləşməsi və söz haqqındakı fikirlərdən biri düzgündür :
A) söz ümumi hal bildirdiyi halda, söz birləşmasində konkretlik var
B) oxşar cəhəti yoxdur
C) söz sintaktik, söz birləşməsi leksik vahiddir
D) hər ikisinin müəyyən sıralama qaydası var
E) Söz birləşməsi və söz arasında 2 oxşar cəhət var
Necə birləşmələr söz birləşməsi sayılmır?
A) köməkçi sözlə işlənən
B) ismin qarşısında işlənən
C) sayın qarşısında işlənən
D) sifətin qarşısında işlənən
E) felin qarşısında işlənən
Aşağıdakı sözlərdən birini isim və fel kimi işlətmək olar?
A) sağ
B) gəlin
C) sarı
D) az
E) iz
“Dostumla birgə evə sarı getdik” cümləsində söz birləşməsi hansıdır?
A) yoxdur
B) dostumla birgə evə sarı
C) evə sarı
D) dostumla evə sarı
E) dostumla birgə
Söz birləşməsi ilə söz arasındakı oxşar cəhətlər:
A) Hər ikisi ad bildirir
B) Hər ikisi cümlənin qurulmasında bir vəsaitdir
C) Hər ikisi isim bildirir
D) Hər ikisi birinci növ təyini söz birləşməsi olur
İsmi birləşməni göstər:
A) tatarca yazmaq
B) sənin vətənin
C) dərs oxuyan
D) gözəl oxumaq
E) evə gedəndə
Məntiqi ardıcıllığı müəyyən edin. 1.Görüləcək iş 2.Yanan işıq 3.Yatmiş gözəl 4..
A) qızıl üzük
B) yeməli meyvə
C) bizə gələn
D) dünəndən yatan
E) balaca quzu
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top