Tapılan ümumi test sayı : 8

Uzlaşma əlaqəsi haqqında fikirlərdən biri səhvdir:
A) Tabe sözün şəxs və kəmiyyətə görə əsas sözlə uyğunlaşmasına uzlaşma əlaqəsi deyilir
B) Kəmiyyətə görə uzlaşma I və II şəxslərin tək və cəmində həmişə olduğu halda, III şəxsin cəmində bəzən pozulur
C) Uzlaşma əlaqəsinin heç bir qrammatik göstəricisi yoxdur
D) Bu əlaqə həm mübtəda ilə xəbər arasında, həm də II və III növ təyini birləşmələrinin tərəfləri arasında olur
Mübtəda ilə xəbər arasındakı əlaqə növü hansıdır?
A) İdarə
B) Yanaşma
C) Həm uzlaşma, həm yanaşma
D) Uzlaşma
Uzlaşma əlaqəsində əsas tərəf cümlənin hansı üzvü olur?
A) Təyin
B) Tamamlıq
C) Xəbər
D) Mübtəda
Uzlaşma əlaqəsi hansı cümlə üzvləri arasında olur?
A) Təyin və xəbər
B) Mübtəda və xəbər
C) Tamamlıq və xəbər
D) Mübtəda və zərflik
E) Heç bir cümlə üzvləri arasında olmur
Uzlaşma əlaqəsi əsasən hansı cümlə üzvləri arasında olur?
A) mübtəda və tamamlıq
B) təyin və mübtəda
C) heç bir cümlə üzvü arasında olmur
D) mübtəda və xəbər
E) zərflik və xəbər
"ellərin ruhu" söz birləşməsində hansı əlaqə vardır?
A) idarə
B) uzlaşma
C) tabesizlik
D) yanaşma
E) həm uzlaşma, həm idarə
Bunlardan yalnız birində uzlaşma əlaqəsi vardır.
A) kitabları qaytardıq
B) xeyirxahlıq savabdır
C) indicə gedirik
D) rütubətli hava
E) ucadan danışmayın
Uzlaşma əlaqəsi neçənci növ təyini söz birləşmələri arasında olur?
A) 1ci və 3cü
B) 1ci və 2ci
C) Heç biri
D) 3cü və 2ci
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top