Tapılan ümumi test sayı : 7

Nəqli cümlə ilə əlaqədar hansı fikir səhvdir?
A) Nəqli cümlələr adi intonasiya ilə tələffüz edilir
B) Bu cümlələr bir hadisə, əşya, əlamət və s. haqqında məlumat vermək məqsədi ilə işlədilir
C) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
D) Nəqli cümlələrdə sözlərin qrammatik sırası gözlənilmir
Hansı nümunədə nəqli cümlə vardır?
A) Mən də o günləri yaşasaydım, ah!
B) Dünyada əlli milyon azərbaycanlı var
C) Tez olun, tutun Eldarı!
D) Azərbaycan Respublikasının dövlət bayrağı neçə rəngdədir
Nəqli cümləyə aid olanlardan düzgün fikri seçin:
A) Nida cümlələrinin üç növü var
B) Sual məqsədi ilə işlədilən cümləyə nida cümləsi deyilir
C) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
D) Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulmur
Hansı nümunədə nəqli cümlə yoxdur?
A) Yenə də hər zaman ürəyimdəki sənsən
B) Gün o gün olsun ki, qurtarsın dava
C) Dünyada əlli milyon azərbaycanlı var
D) Bir gün göyərçinlərim qanadlanıb uçdular
Səhv fikri göstərin:
A) Nəqli cümlələrin xəbərlərinin ifadə vasitələri azdır
B) Nəqli cümlələrdə sözlərin qrammatik sırası daha çox gözlənilir
C) Nəqli cümlələr başqa cümlə növlərinə nisbətən daha çox işlənir
D) Azərbaycan dili cümlələrində sözlərin qanunauyğun sırasından danışanda, əsasən, sual cümlələri nəzərdə tutulur
Bu cümlələrdən hansı nəqli cümlədir?
A) Bura gəl
B) Dostlarını axtarırsan?
C) Daima yaşa Azərbaycan!
D) Mən kəndə gedəcəm
E) Mənimləsən?
Nəqli cümlənin sonunda hansı işarə qoyulur?
A) İki nöqtə
B) Nida
C) Sual
D) Nöqtə
E) Vergül
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top