Tapılan ümumi test sayı : 55

Bakı haqqında deyilən bu sözlər kimə məxsus- dur? "Allah bilir, dünyada buradan savayı ağ neft çıxan ölkə varmı?"
A) Əl-Məsudi
B) Əl-Müqəddəsi
C) Əbu Diləf
D) Əl-İstəhri
Əl-Müqəddəsi hansı Azərbaycan şəhərini "saf qızıla" bənzədir?
A) Şamaxını
B) Bərdəni
C) Ərdəbili
D) Təbrizi
Azərbaycanın daxil olduğu iqlimin "başlıca şəhəri", "həmin iqlimin Bağdadı" bu sözləri kim və hansı şəhər haqqında deyib?
A) Əl- Müqəddəsi Bərdə haqqında
B) Əbu Diləf Naxçıvan haqqında
C) İbn Havqəl Bərdə haqqında
D) Əl-İstəhri Şamaxı haqqında
İbn Həvqəl və Əl-Müqəddəsi Azərbaycanın Arazdan cənubdakı torpaqlarından bəhs edərkən bu yerlərin ən böyük şəhəri adlandırmışdı?
A) Zəncanı
B) Ərdəbili
C) Marağanı
D) Təbrizi
Əl-İstəhrinin yazdığı"Məmləkətlərin yolları kitabı"nda bəhs olunan böyük şəhər hansıdır?
A) Bərdə
B) Marağa
C) Şamaxı
D) Dərbənd
Əl İstəhrinin yazdığına görə Arranda Bərdə, Bab ül-Əbvad və üçüncü böyük şəhəri siz göstərin
A) Şəmkir
B) Gəncə
C) Beyləqan
D) Tiflis
Cənubi Qafqazda ən yaxşı kətan parçalar toxunurdu:
A) Dərbənddə
B) Şəkidə
C) Qubada
D) Qarabağda
Bütün Azərbaycan torpaqlarını idarə edən ərəb canişinlərinin iqamətgahı:
A) Dərbənd
B) Bakı
C) Təbriz
D) Bərdə
Ərəb səyyahları Arran adı ilə təqdim edirdilər:
A) Azərbaycanın Kürdən şimalda olan torpaqlarını
B) Azərbaycanın Arazdan cənubdakı torpaqlarını
C) Azərbaycanın Kürdən cənubdakı torpaqlarını
D) Azərbaycanın Arazdan şimaldakı torpaqlarını
IX – XI əsrlərdə Azərbaycanın ən böyük liman şəhəri idi:
A) Bərdə
B) Şamaxı
C) Dərbənd
D) Təbriz
Şəhərin ən gur yeri hesab olunurdu:
A) Cavanşirin iqamətgahı
B) Mərzbanların evləri
C) Karvansaralar
D) Bazar meydanı
Bunlardan biri orta əsr şəhərləri üçün səciyyəvi deyil
A) Müdafiə üçün əlverişli təbii-coğrafi mövqedə yerləşirdi
B) Karvan yollarının üstündə yerləşirdi
C) Yalnız sənətkarlar yaşayırdı
D) Qala divarları ilə əhatə olunmuşdu
X əsrdə Azərbaycanın cənub rayonlarında Ərdəbildən sonra ikinci böyük şəhər
A) Marağa
B) Təbriz
C) Zəncan
D) Xoy
Ərəb səyyahları keçmiş Alban dövlətinin ərazisini belə təqdim edirdilər
A) Gurcan
B) Arran
C) Şirvan
D) Muğan
Əbu Diləf yazırdı ki, bu şəhərlərin yaxınlığındakı dağlarda qoturluğu müalicə edən bulaqlar vardı
A) Naxçıvan, Dəbil
B) Ərdəbil, Bəzz
C) Təbriz, Marağa
D) Bərdə, Gəncə
Kimlər şəhərin mərkəz hissəsində yaşamırdı?
A) Şəhər hakimi, qazı
B) İri feodallar
C) Sənətkarlar
D) Varlı tacirlər
Saci və Saları hökmdarlarının sarayı, İnzibati idarə binaları, dövlətin daimi hərbi qüvvələri məhz bu şəhərdə idi
A) Marağa
B) Naxçıvan
C) Təbriz
D) Ərdəbil
Əbu Diləf dünyada yer altından çıxan ən yaxşı su adlandırırdı?
A) Kəhriz sularını,
B) Bəzz qalası yaxınlığındakı isti bulaqları,
C) Zarəvənd bulağını,
D) Ərdəbildəki isti bulaqları,
Azərbaycanın ən məşhur sənətkarlıq mərkəzi olan şəhər
A) Şabran
B) Naxçıvan
C) Dərbənd
D) Şamaxı
E) Bərdə
Zəngin neft mədənləri var idi:
A) Qubada
B) Təbrizdə
C) Bakıda
D) Şamaxıda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top