Tapılan ümumi test sayı : 9

Cümlə üzvləri nəyə deyilir?
A) Məna və qrammatik cəhətdən bir – biri ilə əlaqədar olan, müəyyən suallara cavab verən sözlərə
B) Bitmiş fikir ifadə edən bir sözə və ya bir neçə sözün birləşməsinə
C) İki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsindən əmələ gələn sözlərə
D) Hərəkət və əlamət obyektini bildirir
“ Onlar işıqlı otaqda dərs oxuyurdular ” cümləsində neçə cümlə üzvü var?
A) 3
B) 5
C) 6
D) 4
Cümlənin neçə üzvü var?
A) 3
B) 4
C) 6
D) 5
Cümlələr quruluşuna görə neçə cür olur?
A) mürəkkəb və düzəltmə
B) sadəcə mürəkkəb
C) sadə və mürəkkəb
D) sadə və düzəltmə
E) sadəcə sadə
Aşağıdakılardan hansı cümlənin baş üzvüdür:
A) zərflik
B) modal söz
C) təyin
D) tamamlıq
E) mübtəda
Aşağıdakı cümlədə əlavə nəyə aiddir? Vidadi, qardaşım, sənmisən, gəl, gəl,bizi ayrı saldı bimürvət əcəl!
A) Mübtədaya
B) Təyinə
C) Xəbərə
D) Tamamlığa
E) Xitaba
"Kitabın üzü cırıq idi" cümləsinin mübtədası nə ilə ifadə olunmuşdur?
A) 3-cü növ təyini söz birləşməsi ilə
B) 1-ci növ təyini söz birləşməsi ilə
C) isimlə
D) feli birləşmə ilə
E) 2-ci növ təyini söz birləşməsi ilə
Iclası kim aparacaq? cümləsində mübtəda nə ilə ifadə olunmuşdur?
A) qeyri-müəyyən əvəzliklə
B) şəxs əvəzliyi ilə
C) sual əvəzliyi ilə
D) sifətlə
E) isimlə
Cümlənin mürəkkəb üzvlərinin ifadə vasitələrindən səhv olanı göstərin.
A) feli sifət və məsdər tərkibləri
B) mürəkkəb sözlər
C) 3-cu növ təyini söz birləşməsi
D) mürəkkəb adlar
E) 2-ci növ təyini söz birləşməsi
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top