Tapılan ümumi test sayı : 4

Səhv fikri göstərin:
A) Felin təsriflənməyən formaları ilə ifadə olunan xəbərlərə feli xəbərlər deyilir
B) İfadə vasitələrinə görə xəbərlər iki cür olur
C) İsim, sifət, say, əvəzlik, məsdər, feli sifət və zərflə ifadə olunan xəbərlərə ismi xəbərlər deyilir
D) Felin təsriflənən formaları ilə ifadə olunan xəbərlərə feli xəbərlər deyilir
İsmi xəbərli cümlə hansıdır?
A) Yığıncaqda adam az idi
B) Ana oğlunu məktəbə gətirdi
C) O şərəfli günlər unudularmı?
D) Balaş kişi Hürünü anasına tapşırdı
Hansı cümlənin xəbəri əvəzliklə ifadə olunmuşdur?
A) Sizədir sözüm mənim, eloğlu, doğma qardaş
B) O, təbii olduğu qədər səmimi, səmimi olduğu qədər doğru bir insandır
C) Məqsədimiz oxumaqdır
D) Onun qiyməti beşdir
Derlər utan, heç kəsə bir söz demə,                                                         Haq sözü derkən utana bilmirəm!(M.Ə.Sabir)                          Burada neçə feli xəbər var?
A) 4
B) 5
C) 3
D) 2
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top