Tapılan ümumi test sayı : 5

Tamamlıq haqqında hansı fikir səhvdir?
A) Tamamlığın iki növü var
B) İkinci dərəcəli baş üzvlərlə bağlı olur və onları aydınlaşdırır
C) İkinci dərəcəli cümlə üzvüdür
D) Əşya bildirir
Tamamlığa aid olanlardan hansı düzgündür?
A) İsmin yiyəlik halında işlənir
B) İki növü var: vasitəli və vasitəsiz tamamlıq
C) Quruluşca yalnız sadə olur
D) İsmin adlıq halında işlənir
Tamamlıq, əsasən, hansı cümlə üzvü ilə bağlı olur?
A) Təyinlə
B) Feli xəbərlə
C) İsmi xəbərlə
D) Zərfliklə
Hansı cümlədə tamamlıq ikinci növ təyini söz birləşməsi ilə ifadə olunmuşdur?
A) Vətənin keşiyində duranlara qayğı gərəkdir
B) Elin sərvətini göz bəbəyi kimi qoruyun
C) Mətni düzgün oxumağı öyrənin
D) Tükəz xala tez çırağı yandırdı
Hansı cümlənin tamamlığı məsdərlə ifadə olunmuşdur?
A) Yaşamağı atalardan öyrənin
B) Biz onu tanıyırıq
C) Gələnləri qarşılayın
D) Yaxşını pisdən ayırın
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top