Tapılan ümumi test sayı : 5

Zərflik haqqındakı fikirlərdən biri səhvdir:
A) Zərfin mənaca altı növü var
B) Cümlədə, əsasən, hərəkət bildirən sözlərə aid olur
C) Hərəkəti müxtəlif cəhətlərdən izah edir
D) Cümlədə isimlə ifadə olunan hər hansı bir üzvü izah edir
Zərfin neçə məna növü var?
A) 4
B) 6
C) 7
D) 5
Zərf haqqında aşağıdakılardan hansı yanlışdır?
A) Zərfliklər, əsasən, cümlənin ismi xəbərlərinə aid olur
B) Hərəkəti müxtəlif cəhətdən izah edir
C) Zərflik daha çox zərflərlə ifadə olunur
D) Quruluşca sadə və mürəkkəb olur
Cümlələrdən birində zərf işlənməmişdir:
A) Uşaq bərk yatmışdı
B) Dünən yağış yağdı
C) Aşağı otaqlar nəmdir
D) Qoca ehtiyatla yeriyirdi
Zərf haqqındakı fikirlərdən biri düzgündür:
A) Nitq hissələri ilə ifadə olunan zərfliklər quruluşca sadədir
B) Zərflik quruluşca üç cür olur
C) İsmi xəbərə aid olur
D) Cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top