Tapılan ümumi test sayı : 6

“ Əsmər xala İlyası burada – Tamamın evində gördükdə təəccübləndi ” cümləsinin sintaktik təhlili ilə bağlı fikirlərdən biri doğru deyil:
A) Sadə geniş cümlədir
B) Cümlənin feli xəbəri sadədir
C) Feli bağlama tərkibi zaman zərfliyidir
D) Tabesiz mürəkkəb cümlədir
“ Sahilə çırpılan ləpələr xırda balıqqulaqlarını toz kimi ətrafa səpələyirdi ” cümləsinin sintaktik təhlili ilə bağlı səhv fikri göstərin:
A) İdarə əlaqəsinin asılı tərəfi olan sözlər eyni cümlə üzvü deyil
B) Təyinləri quruluşca sadədir
C) Feli xəbərli sadə cümlədir
D) Yanaşma əlaqəsində olan üç söz var
“ Ağıllı övladın anadan aldığı tərbiyə ayın parlaq günəşdən aldığı işıqdır ” cümləsində hansı cümlə üzvləri işlənməmişdir?
A) Təyin, tamamlıq
B) Mübtəda, tamamlıq
C) Təyin, zərflik
D) Tamamlıq, zərflik
Hansı cümlələrin sintaktik təhlili eyni sxemə uyğundur?
1. Qardaşım Vətən uğrunda şəhid oldu
2. Deməli, sən bu hadisələrin əsas günahkarısan
3. Bu il məhsulumuz birə - beş artacaqdır
4. Qələm qılınc kimi itidir
İstinad : bilikli.net
A) 2,4
B) 3,4
C) 1,4
D) 1,2
"Qarlı bənövşələr qarı qaldırıb can atır günəşə"
nümunəsinin sintaktik təhlilindəki səhvi tapın:
A) Cümlənin təyini və mübtədası sadədir
B) Qaldırıb və can atır həmcins təyinlərdir
C) Bütün cümlə üzvləri iştirak edir
D) Xəbər frazeoloji birləşmə ilə ifadə olunub
Biz kəndə gedəndə sizi gördük cümləsinin tərkibindən hansı söz çıxarılırsa, onun sintaktik təhlil sxemi dəyişməz?
A) Gedəndə
B) Biz
C) Sizi
D) Gördük
E) Kəndə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top