Tapılan ümumi test sayı : 8

Cümlə üzvlərinin əlavəsi haqqındakı fikirlərdən hansı yanlışdır?
A) Yazılı nitqdə əlavə ilə onun aid olduğu cümlə üzvü arasında tire, bəzən vergül qoyulur
B) Mübtəda üçüncü şəxsə aid sözlə ifadə olunursa, əlavə şəxs və kəmiyyətə görə onunla uyğun olmur
C) Təyindən başqa, hər bir cümlə üzvünün əlavəsi ola bilər
D) Cümlə üzvündən sonra gələrək cümlə üzvünün mənasını izah edən, konkretləşdirən sözlərdir
Hansı cümlədə mübtədanın əlavəsi işlənmişdir?
A) Küçələrə çıxanların içərisində iki gənc – İlyasla Fəxrəddin də var idi
B) Qızım, Aysel, yaxına gəl
C) O, kəndimizə yaz aylarında – gül – çiçək fəslində gəlmişdi
D) Bura mənim vətənimdir – Azərbaycandır
Hansı cümlədə zərfliyin əlavəsi işlənmişdir?
A) Bura mənim vətənimdir – Azərbaycandır
B) Sənin kimi gənclərin əsil cəbhəsi buradır – kənddir
C) Fərhad öz təhsilini Xətada – Çində almış, qüdrətli bir sənətkar olmuşdur
D) İndi bahar fəslidir – yazdır
“ Arvad mənə, yəni pəncərəsində yaşıl pərdə çəkilmiş bu kiçik yataq otağında tir – tap uzanıb qalmış xəstəyə şalfeydən qarqara üçün dəm hazırlayır ” cümləsində işlənmişdir:
A) Cümlə üzvünün əlavəsi
B) Həmcins üzv
C) Ümumiləşdirici söz
D) Ara söz
“ Düşünənlər irəlidə - dağın arxasında idi ” cümləsində hansı üzv əlavəli işlənmişdir?
A) Zərflik
B) Mübtəda
C) Tamamlıq
D) Xəbər
Hansı cümlədə mübtədanın əlavəsi vardır?
A) Kəndin kənarında, qayalıqda kəklikotu yığırdıq
B) Cavid Qasımlı – gənc alim xarici ölkələrin elmi jurnallarında məqalələr çap etdirir
C) Bura mənim Vətənimdir, Azərbaycandır
D) Dostlarımdan birinə - Ülviyə bayram hədiyyəsi verildi
Verilmiş cümlədə əlavə nəyə aiddir?
Bakıya – respublikamızın paytaxtına getmişdik
A) Xəbər
B) Təyin
C) Tamamlıq
D) Zərflik
Cümlələrin birində yer zərfinin əlavəsi işlənmişdir:
A) Orada – otağın qarşısındakı alaçıqda bir dirək basdırılmışdı
B) Qapını döyən mənim - dostumdur.
C) Bütün sahə - quyular bir anda onun gözləri qarşısında canlandı
D) Daha içəridə - dəzgahların yanında işləyənlər heç bir təşviş göstərmirdilər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top