Tapılan ümumi test sayı : 5

“ İgid odur ki, apardığını gətirsin ” cümləsində budaq cümlənin hansı növü işlənmişdir?
A) Tərzi – hərəkət
B) Tamamlıq
C) Xəbər
D) Mübtəda
“ Arzum budur ki, dənizdə təzə bir Abşeron olsun ” cümləsində budaq cümlənin hansı növü işlənmişdir?
A) Mübtəda
B) Yer
C) Tamamlıq
D) Xəbər
“ Məsləhətim budur ki, bir də sürünü bu yerlərə gətirmə ” cümləsi tabeli mürəkkəb cümlənin hansı növünə aiddir?
A) Şərt
B) Mübtəda
C) Xəbər
D) Tamamlıq
Xəbər budaq cümləli tabeli mürəkkəb cümlə hansıdır?
A) Bizim kəndin vəziyyəti elədir ki, orada hər şey qurub – yaratmaq olar
B) Heç onun ixtiyarı yoxdur ki, sənə bir söz desin
C) Elə ki, Çənlibeldə yurd – yuva saldıq, onda onlar bizə lazım olacaq
D) Harada camaat varsa, biz orada qalmalıyıq
Xəbər budaq cümləli tabeli mürəkkəb cümlələr haqqında aşağıdakılardan biri səhvdir:
A) Xəbər budaq cümləsi baş cümlənin işarə əvəzlikləri ilə ifadə olunmuş xəbərini izah edib aydınlaşdırır
B) Xəbər budaq cümləsi baş cümləyə bəzən haraya, harada, haradan, o yerdə ki, bağlayıcı sözlərlə bağlanır
C) Xəbər budaq cümləsi bəzən baş cümlədən əvvəl gəlir və baş cümləyə bağlayıcı sözlərlə bağlanır
D) Baş cümlənin xəbəri, adətən odur, budur, o idi, bu idi sözləri ilə ifadə olunur və budaq cümlə vasitəsilə izah edilir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top