Tapılan ümumi test sayı : 15

Verilmiş sözlərdən birində mənsubiyyət şəkilçisi qəbul edərkən sözün kökündəki ikinci sait düşür:
A) Könül
B) Tale
C) Mövqe
D) Kitab
Aşağıdakı nümunələrdən birində isim mənsubiyyətə görə dəyişmişdir:
A) Anasınız
B) Alimsən
C) Şagirddir
D) Anam
III şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul etmiş söz hansı cərgədədir:
A) dəftərin üzü
B) onun kitabı
C) kitabın cildi
D) onların kitabları
I şəxsin cəminin mənsubiyyət şəkilçisini qəbul etmiş sözü göstərin:
A) Kitabların üzü
B) Məktəbimiz
C) Onun kitabları
D) Gəlirik
İsmin hansı hal şəkilçiləri II və III şəxs tək mənsubiyyət şəkilçiləri ilə omonimdir?
A) Yiyəlik və yönlük
B) Təsirlik və çıxışlıq
C) Yiyəlik və təsirlik
D) Adlıq və yiyəlik
Yiyəlik halında olan isim ayrılıqda hansı cümlə üzvü yerində işlənə bilər?
A) Xəbər
B) Təyin
C) Tamamlıq
D) Mübtəda
“ Nadirin köynəyi mənə böyük olur ” cümləsindəki köynək sözü hansı haldadır?
A) Çıxışlıq
B) Təsirlik
C) Adlıq
D) Yiyəlik
İsmin təsirlik hal və III şəxs mənsubiyyət şəkilçilərini, eləcə də yiyəlik hal və II şəxs ( tək ) mənsubiyyət şəkilçilərini necə adlandırmaq olar?
A) Antonim
B) Omonim
C) Eyniköklü
D) Sinonim
Adlıq, qeyri – müəyyənlik bildirən yiyəlik və təsirlik hallarda olan isimlərin oxşar cəhəti:
A) Hal şəkilçisi qəbul edir
B) Cümlənin xəbəri olur
C) Mənsubiyyət şəkilçisi qəbul etmir
D) Hal şəkilçisi qəbul etmir
"Ərik ağacının çiçəklərinin ətri hər tərəfə yayılmışdı" cümləsində mənsubiyyət şəkilçili neçə söz var?
A) 3
B) 2
C) 1
D) 4
I şəxsin cəminin mənsubiyyət şəkilçisi qəbul etmiş sözü göstərin:
A) Gəlirik
B) Kitabların üzü
C) Məktəbimiz
D) Onun kitabları
Aşağıdakılarda hansılar mənsubiyyət şəkilçisi qəbul etdikdə ikinci hecanın son saiti düşür?
A) Beyin, qoyun, burun
B) Fəsil, nəzrin, məktəb
C) Ali, çanta, kompüter
D) Sinif, ətir, ev
Nümunələrin birində mənsubiyyət şəkilçisi işlənməyib:
A) Od içində
B) Ellərin dərdindən
C) Bizim kəndlilər
D) Dağlar qoynunda
E) Kəndi ağsaqqalları
Hansı nümunədə mənsubiyyət şəkilçisi qəbul edərək son saitini itirən söz işlənib
A) Qəbrin üstünü ot basmışdı
B) Qonşu payı qarın doldurmaz
C) Ana qəlbi kövrək olar
D) İsmin altı halı var
E) Bilirsən ki, xətrini az istəmirəm
Cümlələrin birində təsirlik halında olan sadə isim işlənmişdir
A) Cərrah Əli bizim qonşumuzdur
B) Uşaq gah ağlayır gah gülürdü
C) X sinif şagirdlərinə mükafat verdilər
D) Onun atası neft mühəndisidir
E) Bu yaxşılığı unutmaram
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top