Tapılan ümumi test sayı : 6

Bu fikirlərdən hansı səhvdir?
A) Nitq mədəniyyəti nitqin ortaya çıxması üçün lazım olan ictimai, psixoloji və fizioloji proseslərin toplusudur
B) Nitq mədəniyyətinin ən mühüm şərti, ədəbi dilin normalarına əməl etməkdir
C) Nitqin dəqiqliyi dedikdə üslub baxımından ən uğurlu bədii dil vahidinin işlədilməsi nəzərdə tutulur
D) Nitq mədəniyyəti dilçiliyin nəzəri yox, praktik sahəsi sayılır
Nitq mədəniyyətinin əsas şərtlərindən biri deyil:
A) İfadəlik
B) Düzgünlük
C) Sərbəstlik
D) Dəqiqlik
Nitq haqqında fikirlərdən biri düzgündür:
A) Nitq mədəniyyəti dilçiliyin nəzəri sahəsi sayılır
B) Nitq mədəniyyətinin konkret predmeti yoxdur.
C) Nitqin ifadəliliyi dedikdə fikrin ifadəsi üçün birbaşa tələb olunan sözün, ifadənin və ya cümlənin seçilməsi nəzərdə tutulur
D) Nitq mədəniyyətinin ən mühüm şərti nitqin ifadəliliyinə əməl etməkdir
Nitq mədəniyyəti haqqında fikirlərdən biri səhvdir:
A) Hər kəs nitqini tərbiyə edə bilər
B) Natiqliklə nitq mədəniyyətini eyniləşdirmək olmaz
C) Ədəbi dilə yiyələnməyin özü nitq mədəniyyətinə sahib olmağa çalışmaqdır
D) Hər kəs natiq ola bilər
Nitqə aid edilə bilməz:
A) Nitqin məzmunu gözəl olmalı, dinləyənlərin səviyyəsinə uyğun gəlməli, anlaşılmalıdır
B) Nitqin gözəlliyi normalara formal əməl olunmasında da deyil
C) Nitq ünsiyyət vasitəsidir
D) Hər kəsin cəmiyyətdə ümumi davranış normalarına tabe olan hərəkət mədəniyyəti olduğu kimi, ünsiyyət səliqəsi, danışıq mədəniyyəti də olmalıdır
Aşağıdakılardan hansı nitqə müəyyən emosionallıq verir:
A) Mimika, jest
B) Jest, poetizm
C) Ritorika, mimika
D) Etiket, poetizm
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top