Tapılan ümumi test sayı : 12

Mənsubiyyət şəkilçisi qəbul etmiş söz özündən əvvəlki sözün ismin hansı halında işlənməsini tələb edir?
A) Yiyəlik
B) Təsirlik
C) Çıxışlıq
D) Yönlük
Hansı cümlədə mənsubiyyət şəkilçili isim adlıq haldadır?
A) Gözəlləri vəfalıdır bu yurdun
B) O, gözü önündə baş verən bu hadisəni unutmamışdı
C) Mən torpağam, məni atəş yandırmaz
D) O, ayağı zəncirli bu sarı bülbülə baxdı
Hansı cümlədə isim həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul edərək işlənmişdir?
A) Təbiət gözəlliklərini sevməyi öyrənin
B) Deyəcəklərinizi bu gün deyin
C) Ana tikəsinin ən yaxşısını balasına saxlayar
D) Belə danışmaqla özünü biabır edirsən
Hansı söz mənsubiyyət şəkilçisi qəbul etdikdə digərlərindən fərqlənir?
A) Mənafe
B) Ev
C) Məqsəd
D) Mülk
Hansı sözə saitlə başlayan hal şəkilçisi artırdıqda kökdəki son sait düşür?
A) oğul
B) ətir
C) ağız
D) çiyin
Mənsubiyyət şəkilçisi ilə şəxs şəkilçisi arasındakı fərq hansıdır?
A) Şəxs şəkilçisi cümlə,mənsubiyyət şəkilçisi isə söz birləşməsi əmələ gətirir
B) Deyilişində fərq var
C) Fərq yoxdur
D) Mənsubiyyət xəbərdən əvvəl,şəxs şəkilçisi isə mübtədadan sonra gəlir
E) Biri digərindən şəkilçilərin sayına görə fərqlidir
Hansı nümunədə isim mənsubiyyətə görə dəyişməmişdir
A) kitabımız
B) fikrim
C) vərəqim
D) evin
E) şagirdəm
Mənsubiyyət şəkilçiləri ilə bağlı fikirlərdən biri yanlışdır.
A) Bəzi mürəkkəb sözlərin yaranmasında iştirak edirlər.
B) Heç biri
C) Bəzilərinin omonimliyi mövcuddur.
D) Adətən cəm şəkilçisindən sonra işlənir.
E) Mənsubiyyət şəkilçili sözlər adlıq halda olurlar.
"Kompyuter insanların işini xeyli yüngülləşdirib"-Bu cümlədə həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul etmiş söz hansıdır?
A) işini
B) xeyli
C) insanların
D) kompyuter
E) yüngülləşdirib
Hansı nümunədə isim mənsubiyyətə görə dəyişmişdir
A) kitabdır
B) oğulam
C) vərəqdən
D) hissim
E) evdədir
Hansı sözlərdə mənsubiyyət şəkilçisi fərqlidir?
A) cavab, sual
B) qonaq, stol
C) İt, at
D) ilan, ilıq
E) su, nə
Isimlərə qoşulan şəkilçilərin ardıcıllığını müəyyən edin
A) hal, cəm, mənsubiyyət, xəbər
B) cəm, mənsubiyyət, hal, xəbər
C) xəbər, mənsubiyyət, cəm, hal
D) hal, mənsubiyyət, cəm, xəbər
E) cəm, hal, mənsubiyyət, xəbər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top