Tapılan ümumi test sayı : 12

Mənsubiyyət şəkilçisi qəbul etmiş söz özündən əvvəlki sözün ismin hansı halında işlənməsini tələb edir?
A) Çıxışlıq
B) Yiyəlik
C) Yönlük
D) Təsirlik
Hansı cümlədə mənsubiyyət şəkilçili isim adlıq haldadır?
A) Gözəlləri vəfalıdır bu yurdun
B) O, ayağı zəncirli bu sarı bülbülə baxdı
C) O, gözü önündə baş verən bu hadisəni unutmamışdı
D) Mən torpağam, məni atəş yandırmaz
Hansı cümlədə isim həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul edərək işlənmişdir?
A) Belə danışmaqla özünü biabır edirsən
B) Deyəcəklərinizi bu gün deyin
C) Təbiət gözəlliklərini sevməyi öyrənin
D) Ana tikəsinin ən yaxşısını balasına saxlayar
Hansı söz mənsubiyyət şəkilçisi qəbul etdikdə digərlərindən fərqlənir?
A) Mülk
B) Ev
C) Mənafe
D) Məqsəd
Hansı sözə saitlə başlayan hal şəkilçisi artırdıqda kökdəki son sait düşür?
A) oğul
B) ətir
C) çiyin
D) ağız
Mənsubiyyət şəkilçisi ilə şəxs şəkilçisi arasındakı fərq hansıdır?
A) Şəxs şəkilçisi cümlə,mənsubiyyət şəkilçisi isə söz birləşməsi əmələ gətirir
B) Deyilişində fərq var
C) Fərq yoxdur
D) Mənsubiyyət xəbərdən əvvəl,şəxs şəkilçisi isə mübtədadan sonra gəlir
E) Biri digərindən şəkilçilərin sayına görə fərqlidir
Hansı nümunədə isim mənsubiyyətə görə dəyişməmişdir
A) fikrim
B) kitabımız
C) vərəqim
D) şagirdəm
E) evin
Mənsubiyyət şəkilçiləri ilə bağlı fikirlərdən biri yanlışdır.
A) Bəzi mürəkkəb sözlərin yaranmasında iştirak edirlər.
B) Adətən cəm şəkilçisindən sonra işlənir.
C) Heç biri
D) Mənsubiyyət şəkilçili sözlər adlıq halda olurlar.
E) Bəzilərinin omonimliyi mövcuddur.
"Kompyuter insanların işini xeyli yüngülləşdirib"-Bu cümlədə həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul etmiş söz hansıdır?
A) insanların
B) xeyli
C) kompyuter
D) yüngülləşdirib
E) işini
Hansı nümunədə isim mənsubiyyətə görə dəyişmişdir
A) vərəqdən
B) evdədir
C) oğulam
D) kitabdır
E) hissim
Hansı sözlərdə mənsubiyyət şəkilçisi fərqlidir?
A) qonaq, stol
B) cavab, sual
C) su, nə
D) İt, at
E) ilan, ilıq
Isimlərə qoşulan şəkilçilərin ardıcıllığını müəyyən edin
A) xəbər, mənsubiyyət, cəm, hal
B) cəm, hal, mənsubiyyət, xəbər
C) hal, mənsubiyyət, cəm, xəbər
D) cəm, mənsubiyyət, hal, xəbər
E) hal, cəm, mənsubiyyət, xəbər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top