Tapılan ümumi test sayı : 12

Mənsubiyyət şəkilçisi qəbul etmiş söz özündən əvvəlki sözün ismin hansı halında işlənməsini tələb edir?
A) Yiyəlik
B) Yönlük
C) Çıxışlıq
D) Təsirlik
Hansı cümlədə mənsubiyyət şəkilçili isim adlıq haldadır?
A) O, gözü önündə baş verən bu hadisəni unutmamışdı
B) Mən torpağam, məni atəş yandırmaz
C) O, ayağı zəncirli bu sarı bülbülə baxdı
D) Gözəlləri vəfalıdır bu yurdun
Hansı cümlədə isim həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul edərək işlənmişdir?
A) Deyəcəklərinizi bu gün deyin
B) Təbiət gözəlliklərini sevməyi öyrənin
C) Ana tikəsinin ən yaxşısını balasına saxlayar
D) Belə danışmaqla özünü biabır edirsən
Hansı söz mənsubiyyət şəkilçisi qəbul etdikdə digərlərindən fərqlənir?
A) Mənafe
B) Məqsəd
C) Ev
D) Mülk
Hansı sözə saitlə başlayan hal şəkilçisi artırdıqda kökdəki son sait düşür?
A) çiyin
B) oğul
C) ətir
D) ağız
Mənsubiyyət şəkilçisi ilə şəxs şəkilçisi arasındakı fərq hansıdır?
A) Fərq yoxdur
B) Şəxs şəkilçisi cümlə,mənsubiyyət şəkilçisi isə söz birləşməsi əmələ gətirir
C) Deyilişində fərq var
D) Mənsubiyyət xəbərdən əvvəl,şəxs şəkilçisi isə mübtədadan sonra gəlir
E) Biri digərindən şəkilçilərin sayına görə fərqlidir
Hansı nümunədə isim mənsubiyyətə görə dəyişməmişdir
A) kitabımız
B) evin
C) vərəqim
D) fikrim
E) şagirdəm
Mənsubiyyət şəkilçiləri ilə bağlı fikirlərdən biri yanlışdır.
A) Adətən cəm şəkilçisindən sonra işlənir.
B) Bəzi mürəkkəb sözlərin yaranmasında iştirak edirlər.
C) Bəzilərinin omonimliyi mövcuddur.
D) Mənsubiyyət şəkilçili sözlər adlıq halda olurlar.
E) Heç biri
"Kompyuter insanların işini xeyli yüngülləşdirib"-Bu cümlədə həm mənsubiyyət, həm də təsirlik hal şəkilçisi qəbul etmiş söz hansıdır?
A) kompyuter
B) insanların
C) yüngülləşdirib
D) xeyli
E) işini
Hansı nümunədə isim mənsubiyyətə görə dəyişmişdir
A) evdədir
B) oğulam
C) hissim
D) vərəqdən
E) kitabdır
Hansı sözlərdə mənsubiyyət şəkilçisi fərqlidir?
A) su, nə
B) cavab, sual
C) qonaq, stol
D) ilan, ilıq
E) İt, at
Isimlərə qoşulan şəkilçilərin ardıcıllığını müəyyən edin
A) cəm, mənsubiyyət, hal, xəbər
B) cəm, hal, mənsubiyyət, xəbər
C) xəbər, mənsubiyyət, cəm, hal
D) hal, cəm, mənsubiyyət, xəbər
E) hal, mənsubiyyət, cəm, xəbər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top