Tapılan ümumi test sayı : 5

Nitq fəaliyyəti nədir?
A) Dilin özünün səlisliyi, ifadə imkanlarının genişliyi
B) Nitqin təzahürü üçün lazım olan ictimai, psixoloji və fizioloji aktların sistemidir
C) Üslub baxımından ən uğurlu dil vasitəsini tapıb işləmək
D) Fikrin ifadəsi üçün bilavasitə tələb olunan dil vasitəsini tapmaqla müəyyən edilir
Dil və nitq haqqında aşağıdakılardan biri səhvdir:
A) Dil tarixən çox az dəyişikliklərə uğrayır
B) Nitq əsasdır, dil ondan törəmədir
C) Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir
D) Nitq dilə nisbətən dəyişkəndir
Nitqin düzgün tərifini tapın:
A) Nitq – nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir
B) Nitq – ünsiyyət vasitəsi olub, mücərrəd işarələr sistemindən ibarətdir
C) Nitq ünsiyyət vasitəsidir
D) Nitq – ünsiyyət prosesidir, bu və ya digər məlumatın ifadə tələbinə uyğun olaraq dilin ifadə imkanları əsasında meydana çıxır
Nitqin aydınlığı dedikdə nə başa düşülür?
A) Nitqdə işlənən dil ünsürlərinin müxtəlifliyi, rəngarəngliyi və çoxluğudur
B) Üslubi kateqoriyadır, nitqin keyfiyyətidir
C) Heç bir çətinlik çəkmədən izah və şərhə, əlavə vasitələrə tələb yaranmadan başa düşülməsidir
D) Nitqin təzahürü üçün lazım gələn ictimai, psixoloji və fizioloji aktların sistemidir
Qeyd olunan fikirlərdən biri səhvdir:
A) Dil əsasdır, nitq ondan törəmədir
B) Dil və nitq ünsiyyət vasitələridir
C) Dil tarixən az dəyişkəndir, nitq isə çox dəyişkəndir
D) Ünsiyyət vasitəsi olan dilin ünsiyyət prosesi olan nitqə çevrilməsi çox mürəkkəb bir hadisədir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top