Tapılan ümumi test sayı : 133

Safora bitkisi hansı yarpaq qrupuna aiddir?
A) Belə bir bitki yoxdur.
B) Mürəkkəb yarpaq qrupuna
C) Torvarı yarpaq qrupuna
D) Sadə yarpaq qrupuna
Sadə yarpaqların formalarına aiddir?
1.Paralel,
2.Rombvari,
3.Qövsvari,
4.Pulcuqvari,
5.Ürəkvari,
6.Qalxanvari.
A) 2,5,6
B) 2,3,5
C) 1,3,4
D) 1,5,6
"..... yarpağın nəqliyyat sistemidir. Onu eyni zamanda dağılmaqdan qoruyur." Söhbət nədən gedir?
A) Qılafdan
B) Liflərdən
C) Damarlardan
D) Membran pərdəsindən
Qın nəyə deyilir?
A) Uzun saplağı olan yarpaqlara
B) Saplağı olmayan yarpaqlara
C) Yarpaq qaidəsi genələrək gövdəni novça kimi qucaqlamasına
D) Payız vaxtı yarpaqların tökülməsi hadisəsinə
Oturaq yarpaq nəyə deyilir?
A) Saplağı olan yarpağa
B) Uzun saplağı olan yarpağa
C) Qısa saplağı olan yarpağa
D) Saplağı olmayan yarpağa
Yarpaq ayalarında damarlanma əsasən neçə cür olur?
A) 2
B) 4
C) 5
D) 3
Hansı bitkilərin saplağı uzun olur?
A) Qarğagözü, gavalı
B) Limon, qoz
C) Qoz, qızılgül
D) Lobya, limon
Mürəkkəb yarpaqlılara aiddir?
A) Yonca, çiyələk, lobya
B) Alça, gavalı, zoğal
C) Qarağac, fıstıq, qovaq
D) Lobya, gavalı, qovaq
Tumurcuqlar quruluşca 2 cür olur:
A) torşəkilli; paralel
B) vegetativ; generativ
C) meyvəkökləri; kökümeyvəlilər
D) paralel; qövsvarı
E) tumurcuq; yarpaq
Hansı bitkilərin zoğlarında interkalyar böyümə gedir?
A) buğda bambuk
B) söyüd çinar
C) taxıl kaktus
D) alma armud
E) Aqava kətan
Bir çox bitkilərdə yarpaq genələrək gövdəni novça kimi qucaqlayır. Bu saplaqlara nə deyilir?
A) qın
B) liana
C) sarmaşan
D) oturaq
Hansı ağacın tumurcuğu yalnız bir qalpaq formalı olur?
A) qovağın
B) gəndalaşın
C) söyüdün
D) murdarçanın
E) quşarmudunun
Hansı sırada yalnız saçaqlı kök sisteminə malik olan bitkilər göstərilmişdir?
A) Sarımsaq, nar, qızılgül, çinar, paxla
B) Darı, vələmir, çovdar, buğda, soğan
C) Palıd, söyüd, qovaq, şam, alma
D) Dəvətikanı, pambıq, xiyar, armud, cökə
E) Bağayarpağı, dağ laləsi, yerkökü, nar, paxla
Viktoriya-regiya gülünün yarpağının diametri nə qədərdir
A) 2m
B) 3m
C) 4m
D) 1m
E) 2, 5m
Elodeya bitkisinin zoğunun müəyyən bir hissəsində 18 yarpaq var. Zoğun həmən hissəsində maksimum neçə buğumarası olar?
A) 9
B) 5
C) 6
D) 4
E) 18
"Təpə tumurcuğu həmişə fəaliyyətdə olur və simmetrik çətir əmələ gətirir". Bu sözlər hansı budaqlanma növünə aiddir?
A) Həm simpodial, həm də minopodial
B) Dixotomik
C) Minopodial
D) Simpodial
Əsas gövdə nədən inkişaf edir?
A) ləpə yarpağından
B) yatmış tumurcuqdan
C) təpə tumurcuğundan
D) qoltuq tumurcuğundan
E) rüşeym kökcüyündən
Nanə bitkisinin zoğunun müəyyən bir hissəsində 7 buğumarası varsa həmən hissəsində neçə tumurcuq yerləşə bilər?
A) 18
B) 8
C) 7
D) 20
E) 16
Aşağıdakılardan hansı növbəli düzülüş qrupuna daxildir?
A) Alma, reyhan, oleandr
B) Oleandr, elodeya, qarğagözü
C) Gicitkən, reyhan, nanə
D) Günəbaxan, alma, tozağacı
Zoğ nəyə deyilir?
A) Yarpaq ilə ondan yuxarıda yerləşmiş buğumarası hissə arasında qalan bucağa
B) Yarpaqlar töküldükdən sonra qoltuq tumurcuqlarının altında tökülmüş yarpaqların yerinə
C) Üzərində yarpaqlar və tumurcuqlar olan gövdənin cavan hissəsinə
D) Yarpağın və ya tumurcuğun Gövdəyə birləşdiyi yerə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top