Tapılan ümumi test sayı : 16

Müəyyən yiyəlik halda işlənən isim hansı cümlə üzvü ola bilir?
A) Tamamlıq
B) Zərflik
C) Mübtəda
D) Xəbər
Yönlük halda işlənən isim hansı cümlə üzvü ola bilmir?
A) Xəbər
B) Tamamlıq
C) Zərflik
D) Təyin
İsmin hansı hallarının şəkilçiləri iki cür yazılır?
A) Yönlük, yerlik, çıxışlıq
B) Yiyəlik, yönlük, təsirlik
C) Yiyəlik, təsirlik, yerlik
D) Yiyəlik, təsirlik, çıxışlıq
İsimlər cümlədə əsasən olur:
A) Xəbər və təyin
B) Mübtəda və xəbər
C) Təyin və zərflik
D) Mübtəda və tamamlıq
“ Tərəflər danışıqları dayandırdılar. ” cümləsindəki tərəflər sözü hansı cümlə üzvü vəzifəsində işlədilib?
A) Tamamlıq
B) Mübtəda
C) Zərflik
D) Xəbər
Aşağıdakı cümlələrdən hansında isim təyin kimi işlənib?
A) Emin bürünc medala layiq görüldü.
B) Ensiklopediya oxucunu hərtərəfli biliklərlə təmin edir.
C) Gənc jurnalist iqtisadçıdan müsahibə götürdü.
D) Tələbə imtahanda yüksək nəticə göstərdi.
E) Aysel çox savadlı tələbədir.
Aşağıdakılardan hansında isim xəbər yerində işlənib?
A) İdmançının layiq görüldüyü medal qızıldandır.
B) Öyrəndiyim şeir çox qəmlidir.
C) Ali məktəbə qəbul olunmaq üçün yaxşı oxumaq lazımdır.
D) Alimin yazdığı yeni kitab çox maraqlıdır.
E) Yazdığım məqalə gənclər üçündür.
Aşağıdakı cümlələrdən hansında isim tamamlıq vəzifəsini yerinə yetirir?
A) Gənc idmançı Olimpiada qalibi oldu.
B) Yaşlı professor gənclərə öyüd-nəsihət verdi.
C) Müasir Təhsil Kompleksi Azərbaycanda ən görkəmli təhsil ocaqlarındandır.
D) Müəllim çox bacarıqlıdır.
E) Kitabı məktəbliyə ötürdüm.
Aşağıdakılardan hansında isim mübtəda kimi işlənib?
A) Şagirdin məqaləsi qəbul olunmadı.
B) Hollivud filmləri çox maraqlı olur.
C) Braziliya qəhvəsi çox məşhurdur.
D) Qızıl çox elastik metaldır.
E) O çox gənc olsa da,işin öhdəsindən məharətlə gəldi.
Müəyyən yiyəlik halda olan isim hansı cümlə üzvü olur?
A) zərflik
B) təyin
C) tamamlıq
D) xəbər
E) mübtəda
“Mələk rəfi sildi” cümləsində rəfi sözü hansı cümlə üzvü vəzifəsində işlənib?
A) zərflik
B) təyin
C) mübtəda
D) tamamlıq
E) xəbər
Qeyri-müəyyən yiyəlik halda olan isim hansı cümlə üzvü olur?
A) tamamlıq
B) ayrılıqda heç bir cümlə üzvü olmur
C) mübtəda
D) xəbər
E) təyin
“Meşələr xalqımızın sərvətidir” cümləsində meşələr sözü hansı cümlə üzvü vəzifəsində işlənib?
A) tamamlıq
B) xəbər
C) zərflik
D) təyin
E) mübtəda
“O dəftəri stolun üstünə qoydu.” cümləsində dəftəri sözü hansı cümlə üzvü vəzivəsində işlənib?
A) zərflik
B) mübtəda
C) tamamlıq
D) təyin
E) xəbər
Adlıq halda olan isim cümlədə hansı cümlə üzvü ola bilir?
A) mübtəda, xəbər, tamamlıq, zərflik, təyin
B) yalnız mübtəda
C) mübtəda, xəbər, təyin,xitab
D) mübtəda, xəbər
E) mübtəda, xəbər, tamamlıq, təyin
“O dəftəri stolun üstünə qoydu” cümləsində stolun sözü hansı cümlə üzvü vəzifəsində işlənib?
A) təyin
B) ayrılıqda heç bir cümlə üzvü deyil
C) xəbər
D) tamamlıq
E) mübtəda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top