Tapılan ümumi test sayı : 81

Karbon zənciri xətti quruluşlu olan alkanın adının qarşısında adətən hansı söz əlavə olunur?
A) izo
B) orto
C) şaxəli
D) normal
E) tsiklo
Metan molekulu haqqında deyilənlərdən hansılar doğrudur?
I. müstəvi quruluşa malikdir
II. C- atomu ətrafında 4 cüt rabitə elektronları yerləşir
III. C- atomu sp3 -hibridləşmiş haldadır
IV. tetraedrik quruluşa malikdir
IV. C-H rabitəsi (C) -sp3 - 1S (H) orbitallarının örtülməsi nəticəsində əmələ gəlir
A) I,III,V
B) III
C) II,III,IV, V
D) I,II,III
E) III,IV
Alkil radikallarına uyğun formulu göstərin
A) CnH2n-1
B) CnH2n-3
C) CnH2n+2
D) CnH2n
E) CnH2n+1
Alkanların fəza quruluşu haqqında deyilənlərdən hansılar doğrudur?
I.molekulları tetraedrik quruluşa malikdir
II.propandan başlayaraq karbon zənciri ziqzaq şəkilli olur.
III.metan molekulu tetraedrik quruluşa malikdir
IV.etan molekulu həcmi quruluşa malikdir
V. C-C rabitəsinin uzunluğu təxminən 0.154 nm-dir
A) I -V
B) yalnız II,III,V
C) III, V
D) yalnız II,V
E) II,III,IV,V
"Homoloq" sözünün mənası nədir?
A) eyni
B) əksi
C) müxtəlif
D) anoloji
E) oxşar
CH3-CH3-CH3-C2H5 aşağıdakıların hansında düzgün adlandırılmışdır?
A) n-propan
B) etilpropan
C) n-pentan
D) metiletilmetan
E) n-butan
İzomerlər haqqında deyilənlərdən hansı səhvdir?
A) kimyəvi xassələri müxtəlifdir
B) kimyəvi tərkibləri eynidir
C) Kimyəvi quruluşları eynidir
D) fiziki xassələri müxtəlifdir
E) molyar kütlələri eynidir
Üzvi birləşmələrin quruluş nəzəriyyəsinin inkişaf etdirilməsində həlledici rol kimə aiddir?
A) Heç kimə
B) A.M.Butlerova
C) Əl-Biruniyə
D) Nəsirəddin Tusiyə
Üzvi birləşmələrin kimyəvi quruluş nəzəriyyəsinin yaradılmasında həlledici rol hansı alimə mənsubdur?
A) Ş.F.Jerar
B) E.Frankland
C) F.A. Kekule
D) A.S.Kuper
E) A.M.Butlerov
Üzvi birləşmələrin tərkibinə mütləq hansı element daxil olmalıdır?
A) C
B) H
C) O
D) N
E) P
Üzvi birləşmələr haqqında deyilənlərdən hansı səhvdir?
A) nisbətən aşağı temperaturda əriyirlər
B) əksəriyyəti yanardır
C) əksəriyyəti qeyri-elektrolitdir
D) sayca qeyri-üzvi birləşmələrdən azdır
E) əksəriyyəti molekulyar quruluşludur
Üzvi birləşmələr haqqında deyilənlərdən hansı doğrudur?
I.Qızdırıldıqda parçalanır
II.Yalnız canlı orqanizmlərdə əmələ gəlir
III.Əksəriyyəti yandıqda CO2 və H2O əmələ gəlir
IV, yalnız qaz və maye halda olurlar
A) II, III
B) I, IV
C) I, II, III, IV
D) I, III
E) I, III, IV
Hansı birləşmələr üzvi birləşmələrə aid deyil?
I.Karbonun oksidləri
II.Karbonun hidrogenli birləşmələri
III.Karbonat turşusu
IV.Karbonat turşusunun duzları
A) I, III, IV
B) I-IV
C) I
D) III, IV
E) III
Üzvi kimya hansı birləşmələri öyrənir?
A) yalnız bitkiləri təşkil edən birləşmələri
B) Yalnız canlı orqanizmləri təşkil edən birləşmələri
C) bütün üzvi birləşmələri
D) karbonun bütün birləşmələrini
E) mineral birləşmələri
Silisium (IV) oksid üçün hansı ifadələr səhvdir? I. Təbiətdə sərbəst şəkildə rast gəlinir. II. Xlorid turşusu ilə reaksiyaya daxil olur. III. Turşu oksididir. IV. HNO3 ilə reaksiyaya daxil olur
A) I, II
B) Yalnız IV
C) I, III
D) II, IV
E) II, III, IV
5, 6 qr SO - dan neçə qr silikat turşusu almaq olar? (Mr=(S)=32), (Mr=(O)=16)
A) 3 qr
B) 5, 6 qr
C) 1, 5 qr
D) 1 qr
E) 2 qr
Çay sodasının kimyəvi formulunu göstərin
A) Cavabların heç biri doğru deyil
B) NaHCO3
C) Na2CO3
D) Ca2CO3
E) Zn2CO3
H2CO3 turşusunun hər hansı bir duzuna turşularla təsir etdikdə nə ayrılır?
A) karbon qazı
B) oksigen qazı
C) cavabların heç biri doğru deyil
D) su
E) dəm qazı
Sodanı hansı üsullarla almaq olar? (tam cavabı seçin)
A) sulfat, ammonyak və hidrogen üsulu ilə
B) cavabların heç biri doğru deyil
C) ammonyak üsulu ilə
D) sulfat və ammonyak üsulu ilə
E) sulfat üsulu ilə
Potaşın kimyəvi formulunu göstərin
A) NaHCa3
B) Na2CO3
C) Zn2CO3
D) K2CO3
E) Ca2CO3
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top