Tapılan ümumi test sayı : 46

Açıq aşkar Sovet Rusiyası ilə hərbi ittifaq yaratmaq uğrunda mübarizə aparırdı:
A) “ Müsavat ” partiyası
B) “ İttihad ” partiyası
C) “ Hümmət ” partiyası
D) “ Ədalət ” təşkilatı
1920 – ci ilin yazında partiyalar arasında qarşıdurmanı daha da dərinləşdirdi və Azərbaycan hökumətinin siyasi böhranını son həddə çatdırdı:
A) Azərbaycan Kommunist partiyasının yaradılması
B) Ermənilərin Dağlıq Qarabağda qiyam qaldırması
C) Yeni hökumətinin yaradılmasının ləngidilməsi
D) M.H.Hacınskinin kommunistlərlə danışıqlara girməsi
AXC – yə birbaşa hərbi müdaxiləyə cəsarət eləməyən Sovet Rusiyası:
A) Türkiyə ilə hərbi ittifaq bağladı
B) “ Beşinci kolon ” u yaratmağa nail oldu
C) Denikinlə hərbi ittifaq bağladı
D) Bakı Soveti ilə ittifaq bağladı
VI hökumət kabineti yaradılması kimə tapşırılmışdı?
A) M.H.Hacınskiyə
B) F.X.Xoyskiyə
C) N.Yusifbəyliyə
D) M.Ə.Rəsulzadəyə
AXC süqut etdi:
A) 1919 – cu il aprelin 28 – də
B) 1918 – ci il aprelin 27 - də
C) 1920 – ci il aprelin 27 – də
D) 1922 – ci il mayın 28 – də
Qafqazda feodal münasibətləri nə vaxt meydana gəldi?
A) 3-6
B) 4-6
C) 4-5
D) 3-4
E) 3-5
Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlət:
A) İran
B) Osmanlı dövləti
C) Rusiya
D) Gürcüstan
1920 – ci ilin martında Azərbaycanın dövlət müstəqilliyini tanıdı:
A) Gürcüstan
B) Rusiya
C) Osmanlı dövləti
D) İran
1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılar üzərinə ilk atəş nə zaman açılıb ?
A) 29 mart
B) 31 mart
C) 28 mart
D) 30 mart
Araz – Türk Respublikasının yaradılmasının tarixi əhəmiyyəti:
A) Naxçıvan bölgəsinin ermənilərin əlinə keçməsinə imkan vermədi
B) Zəngəzurda erməni quldurlarının qarşısı alındı
C) Andronikin quldur dəstələri darmadağın edildi, Qarabağın Ermənistana birləşdirilməsinin qarşısı alındı
D) Qarabağın Dağlıq hissəsinin Ermənistana birləşməsinə imkan verilmədi
1918 – ci ilin noyabrından 1919 – cu ilin martınadək olan dövrdə Naxçıvan bölgəsinin ermənilərin əlinə keçməsinə imkan vermədi və Azərbaycan Xalq Cumhuriyyətinin ərazi bütövlüyünü təmin etdi:
A) Naxçıvan general – qubernatorluğunun yaradılması
B) Tiflisdə Azərbaycanla Ermənistan arasında sazişin imzalanması
C) Araz-Türk Respublikası
D) X. Sultanovun gördüyü tədbirlər
Andronikin dəstələrinin Zəngəzurda və Qarabağda törətdikləri quldurluğun qarşısını almaq üçün Azərbaycan hökuməti:
A) Erməniləri Qarabağdan qovdu
B) Denikindən kömək istədi
C) Paris sülh konfransına nümayəndə heyəti göndərdi
D) Qarabağ general – qubernatorluğunu yaratdı
Qarabağ xanlığının Rusiya tərəfindən işğalından neçə il sonra Qarabağ general – qubernatorluğu yaradıldı?
A) 70
B) 114
C) 104
D) 106
1919 – cu ilin fevralında Qarabağ general – qubernatoru təyin edildi:
A) Nəsib bəy Yusifbəyli
B) Bəhram xan Naxçıvanski
C) Xosrovpaşa bəy Sultanov
D) Məmməd Həsən Hacinski
Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsindən neçə il sonra Bakı Universiteti açıldı?
A) 1
B) 7
C) 2
D) 4
Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlətin rəsmi orqanı idi:
A) “ İşıq” qəzeti
B) “ Azərbaycan ” qəzeti
C) “ Hümmət ” qəzeti
D) “ İstiqlal ” qəzeti
Azərbaycan Dövlət teatrı kimin rəhbərliyi ilə fəaliyyətə başlamışdı?
A) Hüseyn Ərəblinskinin
B) Üzeyir Hacıbəyovun
C) Abdulla Şaiqin
D) Ceyhun Hacıbəyovun
Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyətə başlayan ilk ali məktəb:
A) Bakı Universiteti
B) İqtisadiyyat İnstitutu
C) Tibb İnstitutu
D) Pedaqoji İnstitut
Bakıda türk dilində ilk böyük kitabxana açıldı:
A) 1920 – ci ilin əvvəllərində
B) 1918 – ci il avqustun 28 – də
C) 1918 – ci il dekabrın 10 – da
D) 1919 – cu ilin mart ayında
Azərbaycan ( türk ) dili dövlət dili elan edildi:
A) 1918 – ci il – 7 dekabrda
B) 1918 – ci il – 24 iyunda
C) 1918 – ci il – 9 noyabrda
D) 1918 – ci il – 27 iyunda
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top