Tapılan ümumi test sayı : 26

Azərbaycanda ilk etiraz mitinqi nə vaxt və harada keçirildi?
A) 1988 – ci il fevralın 19 – da Bakıda
B) 1989 – cu il iyunun 16 – da Gəncədə
C) 1990 – cı il yanvarın 21 – də Bakıda
D) 1988 – ci il noyabrın 17 – də Bakıda
“ Azərbaycan SSR – in suverenliyi haqqında ” Konstitusiya Qanunu qəbul edildi:
A) 1990 – cı il yanvarın 20 – də
B) 1989 – cu il sentyabrın 23 – də.
C) 1991 – ci il oktyabrın 18 – də
D) 1989 – cu il avqustun 30 – da
AXC özünü müdafiə dəstələrini birləşdirmək və hücumların qarşısını almaq üçün yaratdı:
A) Hərbi Şura
B) Milli İnqilabi Şura
C) Milli Legion
D) Milli Müdafiə Şurası.
Azərbaycan SSR Ali Sovetinin sessiyası 1990 – cı il mayın 19 – da təsis etdi.
A) Baş nazir vəzifəsi
B) Ombudsman vəzifəsi
C) prezident vəzifəsi
D) Hərbi nazir vəzifəsi
Azərbaycan SSR – in ilk prezidenti:
A) İ. Əliyev
B) A. Mütəllibov
C) Ə. Elçibəy
D) H. Əliyev
Azərbaycan tarixinə Milli Dirçəliş günü kimi daxil olmuşdur
A) 17 noyabr
B) 9 noyabr
C) 18 oktyabr
D) 23 sentyabr
E) 28 may
1988-ci ilin sonlarında SSRİ hökuməti Azərbaycanda azadlıq hərəkatının geniş vüsət almasından qorxuya düşərək xüsusi vəziyyət və komendant saatı tətbiq etdiyi şəhərləri düzgün əks etdirən variantı göstər. A)Bakı. B)Naxçıvan. C)Gəncə. D)Sumqayıt. E)Daşkəsən
A) a.b.c
B) c.d.e
C) b.c.d
D) b.d.e
E) a.c.e
Ermənistanın təcavüzkar siyasətinə qarşı Azərbaycanın beynəlxalq aləmdən dəstək almasına, təcavüzün siyasi yollarla aradan qaldırılmasına mane oldu
A) Xarici siyasətdəki ciddi qüsurlar
B) AXC və Müsavat cütlüyünün səriştəsiz daxili siyasəti
C) !992-ci ilin yayında Azərbaycan ordusunun müvəffəqiyyətləri
D) Rus ordularının Azərbaycandan çıxarılması
E) Azərbaycanın iqtisadi və siyasi cəhətdən blokadaya alınması
Xronoloji ardıcıllığı doğru əks etdirən variantı göstər. A)H.Əliyevin Moskvadan Bakıya gəlməsi.B)Respublikada Prezident vəzifəsinin təsisi.C)Bakıda Sovet ordusunun qanlı qırğın törətməsi.D)Gəncə şəhərinin tarixi adının bərpa edilməsi.E)H.Əliyevin Naxçıvan MR-nın Ali Məclisinin sədri seçilməsi
A) a.c.b.d.e
B) b.c.d.e.a
C) b.d.c.a.e
D) a.b.c.d.e
E) c.d.e.a.b
"Milli Azərbaycan Qərargahı"nın yaradılmasından ... ... sonra Azərbaycan Xalq Cəbhəsi yaradılmışdı
A) 15 il
B) 27 il
C) 25 il
D) 30 il
E) 20 il
Azərbaycanda yetişməkdə olan inqilabi şərait xalqı yeni liderlərin rəhbərliyi altında fəaliyyət göstərən hansı təşkilat ətrafında birləşməyə vadar etdi
A) Azərbaycan Azadlıq Komitəsi
B) "Milli Azərbaycan Qərargahı"
C) Azərbaycan Xalq Cəbhəsi
D) Odlar yurdu
E) "Yeni Müsavat"
1992-ci ilin yayında Azərbaycan ordusunun uğurları narahat etdi
A) Ermənistan rəhbərliyini
B) Qarabağın erməni separatçılarını
C) Azərbaycanın müxalifət qruplaşmalarını
D) Moskvanı.(Rusiya rəhbərliyini)
E) Xarici ölkələrdəki erməni diasporunu
Azərbaycan Xalq Cəbhəsinin sədri seçilmişdi
A) Ayaz Mütəllibov
B) Əbdürəhman Vəzirov
C) Əbülfəz Əliyev.(Elçibəy)
D) İsa Qəmbər
E) Əli Kərimov
Doğru variantı müəyyən edin.I. 1989-cu il 30 dekabr.II. 1990-cı il yanvar.III.1990-cı il 19 may. IV. 1990-cı il 20 iyul.A)H.Əliyevin Bakıya gəlməsi.B)Gəncə şəhərinin tarixi adının bərpa edilməsi.C)Azərbaycan SSR ALİ Sovetinin Prezident vəzifəsini təsis etməsi və A.Mütəllibovun bu vəzifəyə seçilməsi.D)Milli Müdafiə Şurasının yaradılması
A) Id. IIc. IIIb. IVa
B) Ic. IId. IIIa. IVb
C) Ib. IId. IIIc. IVa
D) Ia.IIb.IIIc.IVd
E) Ib.IIc.IIId.IVa,
Hansı daha əvvəl olmuşdur
A) H.Əliyevin Bakıya gəlməsi
B) SSRİ-nin saxlanılması ilə əlaqədar referendumun keçirilməsi
C) Azərbaycanda prezident vəzifəsinin təsisi və Ayaz Mütəllibovun bu vəzifəyə seçilməsi
D) Naxçıvan MR-nın adından "Sovet sosialist" sözünün götürülməsi
E) Azərbaycan SSR-in Azərbaycan Respublikası adlandırılması haqqında qərar qəbul edilməsi
ABŞ Konqresi 1992-ci ilin oktyabrında “Azadlığı Müdafiə Aktı”na Azərbaycana hər cür yardım göstərilməsinə məhdudiyyətlər qoyan düzəliş
A) 905-ci düzəliş
B) 903-cü düzəliş
C) 901-ci düzəliş
D) 907-ci düzəliş
E) 910-cu düzəliş
Ölkədə ilk dəfə olaraq çoxmandatlı sistem əsasında xalq deputatları seçkiləri keçirildi:
A) 1989 – cu ildə
B) 1986 – cı ildə
C) 1990 – cı ildə
D) 1985 – ci ildə
Milli zəmində qarşıdurma ilk dəfə SSRİ – nin hansı bölgəsində baş vermişdir:
A) Ermənistan SSR ərazisində
B) Azərbaycan SSR – in Dağlıq Qarabağ bölgəsində
C) Gürcüstan SSR ərazisində
D) Dağıstan ərazisində
Milli ədavətin ilk qurbanı oldu:
A) Dağlıq Qarabağda yaşayan ermənilər
B) Vaxtilə azərbaycana gəlmiş ruslar
C) Ermənistanda yaşayan azərbaycanlılar
D) Sumqayıtda yaşayan ermənilər
İmperiyanın süqutunu sürətləndirdi:
A) “ Sürətləndirmə ” və “ aşkarlıq ”
B) Sumqayıt fitnəkarlığı
C) “ Yenidənqurma ” və “ aşkarlıq ”
D) Gürcüstanda baş verən hadisələr
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top