Tapılan ümumi test sayı : 600

Çay xərçənginin müvazinət və eşitmə orqanları harada yerləşir?
A) Çənə ayaqlarının dibində
B) Yerimə ayaqlarının dibində
C) Qarıncığın ayaqcıqlarının dibində
D) Qısa bığcıqların dibində
Çay xərçəngində qazlar mübadiləsi hansı orqanda gedir?
A) Traxeyalarda
B) Ağciyərlərdə
C) Ağciyər və traxeyalarda
D) Qəlsəmələrdə
Xərçəngin ürəyində neçə cür qan olur?
A) Qarışıq
B) Yalnız arterial
C) Bir hissəsində arterial, bir hissəsində venoz
D) Venoz
Xərçəng nə ilə tənəffüs edir?
A) qəlsəmələrlə
B) ağ ciyərlə
C) traxeyalarla
D) ağ ciyər və traxeya
Xərçəngin udlaqaltı sinir düyünündən hansı orqanlara sinir telləri gedir?
A) Qida borusuna
B) Buğumlara
C) Gözlərə
D) Bığcıqlara
Xərçəngin ağzı ətrafında nə qədər ağız orqanı var?
A) 8 dənə
B) 6 dənə
C) 3 dənə
D) 12 dənə
Xərçəng əsl çənələri ilə......
A) qidaları xırdalayır
B) ağzına ötürür
C) əşyaları hiss edir
D) qidanı saxlayır
Çay xərçəngində anal dəliyi harada yerləşir?
A) Qəlsəmələrdə
B) Döş hissəsində
C) Quyruq üzgəcinin orta pərində
D) Çıxış sifononda
Çay xərçənginin qısa bığcıqlarının dibində nə yerləşir?
A) Müvazinət və eşitmə orqanları
B) Uzun bığcıqlar
C) Qida borusu
D) Fasetli gözlər
Xərçəngin sinir sistemi əsasən hansı sinfin nümayəndəsinin sinir sistemi ilə oxşardır?
A) Həlqəvi qurdlar sinfinin nümayəndəsinin
B) Molyusklar sinfinin nümayəndəsinin
C) Azqıllı qurdlar sinfinin nümayəndəsinin
D) Əsl sap qurdlar sinfinin nümayəndəsinin
Buğumayaqlılar hansı yolla çoxalırlar?
A) Tozlanma ilə
B) Qeyri-cinsi yolla
C) Tumurcuqlama yolu ilə
D) Cinsi yolla
Xərçəngin mədəsi neçə hissədən ibarətdir?
A) 6
B) 3
C) 1
D) 4
E) 2
Xərçəngin uzun bığcıqları hansı funksiyanı yerinə yetirir?
A) işıqvermə
B) lamisə və qoxu
C) işıqvermə və səsçıxarma
D) eşitmə və müvazinət
E) səsçıxarma
Xərçəngin ürəyi nə formadadır?
A) kisəşəkilli
B) yoxdur
C) üçbucaq formasında
D) boruşəkilli
E) kasaşəkilli
Çay xərçənginin bədən quruluşu neçə hissədən ibarət olur və hansılardır?
A) 2 hissədən, baş – döş və qarıncıqdan
B) 3 hissədən, baş, döş və ayaqdan
C) 3 hissədən, baş, gövdə və qarıncıqdan
D) 2 hissədən, gövdə və ayaqdan
Çay xərçənginin ağız tərəfində dəyişikliyə uğramış neçə cüt əl - ayaq olur?
A) 3 cüt
B) 2 cüt
C) 4 cüt
D) 6 cüt
Çay xərçənginin döş nahiyəsində neçə ayaq olur?
A) 5
B) 12
C) 10
D) 8
Xərçəngdə çənəayaqların sayı nə qədərdir?
A) 6 cüt
B) 3 cüt
C) 2 cüt
D) 5 cüt
Çay xərçənginin qarıncıq hissəsi neçə buğumdan ibarət olur və qurtaracağı nə ilə fərqlənir?
A) 6 buğumdan, 5 pərli quyruq üzgəci ilə nəhayətlənir
B) 4 buğumdan, 4 pərli quyruq üzgəci ilə nəhayətlənir
C) 5 buğumdan, 5 pərli quyruq üzgəci ilə nəhayətlənir
D) 6 buğumdan, 4 pərli quyruq üzgəci ilə nəhayətlənir
Dişidə qarıncıq ayaqlarında nə yerləşir?
A) Yerimə ayaqları
B) Fasetli gözlər
C) Qısqaclar
D) Kürülər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top