Tapılan ümumi test sayı : 17

Kartodiaqram üsulundan istifadə olunur:
A) Xəritədə faydalı qazıntılar, iqtisadi obyektlər, şəhərlər və s. simvolik işarələrlə göstərməklə
B) Müxtəlif ərazilər üzrə rəng və ya ştrixlərin köməyi ilə bir çox göstəriciləri əks etdirməklə
C) Müxtəlif ölkə və regionların iqtisadi və sosial göstəricilərini müqayisə etmək məqsədilə
D) Hər hansı hadisənin, prosesin yayıldığı əraziləri göstərmək məqsədilə
Siyasi xəritədə dövlətlərin qrupları, kənd təsərrüfatı sahələri, onların ixtisaslaşması, rayonlaşması və s. təsvir edilir:
A) Kartoqram üsulunda
B) Nöqtələr üsulunda
C) Keyfiyyət fonu üsulunda
D) Areal üsulunda
Kartoqram üsulundan istifadə olunur:
A) Xəritədə faydalı qazıntılar, iqtisadi obyektlər, şəhərlər və s. simvolik işarələrlə göstərməkdə
B) Hər hansı hadisənin, prosesin yayıldığı əraziləri göstərmək məqsədilə
C) Siyasi xəritədə dövlətlərin qrupları, kənd təsərrüfatı sahələri, onların ixtisaslaşması, rayonlaşması və s. təsvir etməkdə
D) Müxtəlif ərazilər üzrə rəng və ya ştrixlərin köməyi ilə bir çox göstəriciləri əks etdirməkdə
Əkin sahələrinin, mal – qaranın, əhalinin sayının göstərilməsində istifadə edilir:
A) Nöqtələr üsulundan
B) Hərəkət xətləri üsulundan
C) Kartodiaqram üsulundan
D) Areal üsulundan
Hər hansı hadisənin, prosesin yayıldığı əraziləri göstərmək məqsədilə istifadə edilir:
A) Hərəkət xətləri üsulundan
B) Areal üsulundan
C) Kartoqram üsulunda
D) Kartodiaqram üsulundan
Neft- qaz kəmərləri hansı təsvir üsulunda göstərilir?
A) Hərəkət xətləri
B) İşarələr
C) Nöqtələr
D) Kartoqram
Əhalinin sayının göstərilməsində istifadə olunur:
A) Nöqtələr üsulundan
B) İşarələr üsulundan
C) Kartoqram üsulundan
D) Xətlər üsulundan
Müasir dövrdə coğrafiya elminin təsviretmə xarakterinə əlavə olunmamışdır:
A) Yenidənqurma
B) Proqnozlaşdırma
C) Təşkiletmə
D) Ümumiləşdirmə
Qlobal istiləşmənin, səhralaşmanın öyrənilməsində bu metodun rolu daha böyükdür:
A) Riyazi – statistik metodlar
B) Kosmik metodlar
C) Kartoqrafik metodlar
D) Geoinformatika metodu
İqtisadi – sosial coğrafiya kursunun ənənəvi və müasir tədqiqat metodlarına daxil deyil:
A) Ümumiləşdirmə metodu
B) Kosmik metodlar
C) Müqayisə metodu
D) Coğrafi proqnoz metodu
Sosial – iqtisadi inkişafla bağlı olaraq təbii geosistemlərin gələcək vəziyyətinin qabaqcadan planlaşdırılması hansı metoda aiddir?
A) Riyazi – statistik metodlara
B) Kosmik metodlara
C) Coğrafi proqnoz metoduna
D) Kartoqrafik metoda
Müqayisə metoduna aiddir:
A) Sosial – iqtisadi inkişafla bağlı olaraq təbii geosistemlərin gələcək vəziyyətinin qabaqcadan planlaşdırılması
B) Region və ölkələrin bir – biri ilə oxşar və fərqli cəhətlərinin təhlili əsasında daha yeni qanunauyğunluqların öyrənilməsi
C) Qlobal istiləşmənin, səhralaşmanın öyrənilməsi
D) Coğrafiya xəritələrinin köməyi ilə yeni informasiyaların alınması
İqtisadi və sosial coğrafiya nəyi öyrənir?
A) Təbii ərazi komplekslərini
B) Yerin öz oxu ətrafında hərəkətini
C) Əhalini və onun təsərrüfat fəaliyyətinin nəticələrini
D) Ərazinin geoloji quruluşunu
E) Çayların illik axım rejimini
İqtisadi və sosial coğrafiya öyrənir
A) Təbii ərazi kompleksləri
B) Yerin öz oxu ətrafında hərəkətini
C) Ərazinin geoloji quruluşunu
D) Əhalinin və təsərrüfatın ərazi təşkili prinsipləri
E) Çayların illik axım rejimini
Mərkəzi Asiyanın sosialist ölkəsi hansıdır?
A) Qazaxıstan
B) Monqolustan
C) Tacikistan
D) Özbəkistan
E) Türkmənistan
Siyasi coğrafiya nəyi öyrənir?
A) Bioloji prosesləri
B) İqtisadi coğrafiyanı
C) Qlobal problemləri
D) Siyasi proses və hadisələrin ərazi üzrə diferensiyasını (paylanmasını) öyrənir
E) İnsanların həyatını
Sirin su ilə təminat problemi hansı ölkələr üçün səciyyəvidir?
A) Braziliya, Yaponiya
B) Liviya, Mərakeş
C) Finlandiya, Polşa
D) ABŞ, Kanada
E) Rusiya, Finlandiya
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top