Tapılan ümumi test sayı : 19

Sayın qrammatik mənası:
A) Əşyanın miqdarını və sırasını bildirir
B) Hərəkətin miqdarını bildirir
C) Əşyanın adını bildirir
D) Əlamətin miqdarını bildirir
Hansı saydan sonra gələn isim cəm şəkilçisi qəbul edə bilir?
A) Bir qədər
B) Doxsanıncı
C) Bir
D) Xeyli
Sayların cümlədə əsas sintaktik vəzifəsi:
A) Xəbər
B) Tamamlıq
C) Zərflik
D) Təyin
Verilənlərdən biri say və sifətin oxşar cəhəti deyil:
A) İsimləşə bilir
B) İsimdən əvvəl işlənir
C) İsimlə bağlı olur
D) Təsdiq və inkar olur
Say hansı suallara cavab verir?
A) Hansı? neçə? nə vaxt?
B) Neçə? nə ilə? nə vaxt?
C) Neçə? nə qədər? hansı?
D) Nə zaman? neçə? neçənci?
E) Neçə? nə qədər? neçənci?
Sayların hansının əvvəlində lap, ən sözləri artırmaq olar?
A) biraz
B) on
C) iki
D) az
E) beş
Sözlərdən biri say deyil:
A) çoxlu
B) onlarla
C) az
D) xeyli
E) yüzlük
Hansı say yazılışından fərqli tələffüz edilir:
A) on beş
B) yetmiş
C) milyon
D) qırx
E) əlli beş
Hansı sıradakı saylar alınmadır?
A) Həştad, milyon, milyard
B) Səksən, milyon, trilyon
C) Milyon, yeddi, iki
D) Üç, dörd, beş
E) Bir, həştad, yeddi
Müəyyən miqdar sayını göstərin:
A) çoxluq
B) on
C) yüzlərlə
D) az
E) xeyli
İsimlə sayın ortaq elementləri?
A) mənaca say felə bənzəyir.
B) şəkilçiləri birdir.
C) ikisidə morfologiyaya aitdir.
D) sualı birdir.
Sayın sualları hansıdır?
A) Neçə? Kimə?
B) Neçə? Neçənci? Nə qədər?
C) Neçənci? Hara?
D) Nə qədər? Hansı? Kim?
E) Nə?
Hansı saydır?
A) birlik
B) birinci
C) əlaçı
D) kitab
Sözlərdən biri say deyil:
A) xeyli
B) onlarla
C) çoxlu
D) yüzlük
E) az
Sayları müəyyənləşdirin 1.Ikinci 2.Ikilik 3.Yuzlərlə 4.Birisi 5.Azlıq 6.İki-iki 7.Birə-yuz
A) 1, 5, 6, 7
B) 1, 3, 4
C) 1, 3
D) 2, 4, 6
E) 5, 6, 7
Hansı numerativ sözdür?
A) nəfər
B) bir
C) Nigar
D) şagird
E) isim
Sayı digər nitq hissələrindən fərqləndirən əsas cəhət nədir?
A) Miqdar sayının olması
B) Bütün sayların ancaq saydan düzəlməsi
C) Heç bir xüsusiyyətinə görə dəyişmir
D) Əşyanın keyfiyyətini bildirməsi
E) Quruluşca üç cür olması
Say nəyə deyilir?
A) Əşyanın adını bildirən nitq hissəsinə
B) Əşyanın sırasını və miqdarını bildirən nitq hissəsinə
C) Əşyanın hərəkətini bildirən nitq hissəsinə
D) Əşyanın əlamətini bildirən nitq hissəsinə
Bu saylardan birindən nitq hissəsi yaranmır:
A) bir
B) on
C) yüz
D) az
E) bir qədər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top