Tapılan ümumi test sayı : 10

Cümlədə mübtəda vəzifəsində işlənən say hansı nitq hissəsinin xüsusiyyətlərini daşıyır?
A) İsmin
B) Sifətin
C) əvəzliyin
D) Sayın
Biri sifət və sayın ortaq xüsusiyyəti kimi verilə bilməz:
A) Hər ikisi ismə aid olur
B) Hər ikisi isimləşdikdə morfoloji cəhətdən isim sayılır
C) Hər ikisi, cümlədə əsasən təyin olur
D) Hər ikisi isimləşə bilir
Hansı cümlədə say sifətin sualına da cavab verə bilər?
A) Yüzlərlə tamaşaçı onu alqışladı
B) Birinci çıxış hamıda maraq oyatdı
C) İnsana sözü bir dəfə deyərlər
D) İlk dərs günü birincilərin həyəcanı hədsiz idi
Sayla sifətin ortaq əlamətləri kimi göstərilənlərdən biri yanlışdır:
A) Hər iki nitq hissəsi cümlədə ən çox təyin olur
B) Say da, sifət də isimləşir
C) Hər iki nitq hissəsinin quruluşca düzəltmə növü isim və feldən əmələ gəlir
D) Hər iki nitq hissəsi isimlə bağlı olur və isimdən əvvəl işlənir
Hansı cümlədə say sifətə aiddir?
A) Son dövrlərdə çox yaxşılaşmısan
B) Yüzlərcə xəstə onun müalicəsindən sonra sağalıb
C) Mən ona çox yaxşılıqlar etmişəm
D) Minlərlə uşaq aclıqdan əziyyət çəkir
“Müəllim bunu bizə xeyli demişdi” cümləsində xeyli zərfdir, yoxsa say?
A) zərfdir
B) həm say, zərfdir
C) zərfləşmiş saydır
D) isimləşmiş saydır
E) saydır
Hansı cümlədə say isimləşmışdir?
A) O, doqquzuncu sinifdə oxuyur
B) Beşinci mərtəbəni təmir edirlər
C) Birinciləri səhnəyə çağırdılar
D) azlıq çoxluğa tabedir
E) Meydana yüzlərlə adam toplaşmışdı
Aşağıdakılardan hansının yazılışında səhvlik var?
A) Onlarla
B) Yüz on bir
C) LX-cı
D) 200 min
E) 110-cu
Say isimləşdikdə hansı nitq hissəsinin sualına cavab verir?
A) İsmin sualına
B) Təyinin sualına
C) Əvəzliyin sualına
D) Felin sualına
E) Zərfin sualına
Say nəyə deyilir
A) Əşyanın əlamətini bildirən nitq hissəsinə say deyilir
B) Əşyanın adını bildirən nitq hissəsinə say deyilir
C) Say feldən ibarətdir
D) Əşyanın sırasını və miqdarini bildirən nitq hissəsinə say deyilir
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top