Tapılan ümumi test sayı : 29

M.P.Vaqif və Q.Zakir yaradıcılığı üçün ortaq cəhətlər:
1. Həm lirik, həm də epik əsərlərin yazılması
2. İctimai motivli satirik şerlərin yazılması
3. Həm əruz, həm də heca vəznində şerərin yazılması
4. Məhəbbətin və real gözəlliyin tərənnümü
5. Həm nəzmlə, həm də nəsrlə əsərlərin yazılması
A) 4, 5
B) 3, 4
C) 1, 3
D) 2, 4, 5
E) 1, 2, 4
"Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartılıb, ox kimi süzüb,
Yenə öz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?" 
misralarında hansı bədii təsvir vasitəsindən istifadə edilmişdir?
 
A) epitet
B) təşbeh
C) metafora
D) mübaliğə
E) metonimiya
"Füyuzat" jurnalının redaktoru:
A) Məhəmməd Hadi
B) Əli bəy Hüseynzadə
C) Həsən bəy Zərdabi
D) Əhməd bəy Ağaoğlu
E) Ömər Faiq Nemazadə
"Kitabi-Dədə Qorqud" dastanından götürülmüş aşağıdakı parçada hansı obrazdan bəhs olunur?
"Oğuzun ol kişi tamam bilicisiydi. Nə dersə olardı, qayibdən dürlü xəbər söylərdi... oğuz qövmünün müşkülünü həll edərdi. Hər nə iş olsa... danışmayınca işləməzlərdi. Hər nə ki buyursa, qəbul edərlərdi. Sözün tutub tamam edərlərdi."
A) Bayandır xan
B) Dirsə xan
C) Qazan xan
D) Beyrək
E) Dədə Qorqud
Bəndlə bağlı verilən izahlardan biri doğru deyil:
Darğınam mən belə baxta,
Ürəyim qan laxta-laxta,
Bax ki, kimlər çıxdı taxta,
Küsdü kimin baxtı, bağlar?
A) Xalqın naləsi, qəsbkara nifrəti öz əksini tapmışdır.
B) Janrına görə qoşmadır.
C) Ə.Cavadın "Səsli qız" poemasındandır.
D) Saranın dilindən verilmişdir.
E) Heca vəznindədir.
Məsnəvi formasında yazılmış bu əsərin mərkəzində Tülkü sürəti dayanır:
A) M.B.Xalxali. "Sələbiyyə"
B) B.Şirvani. "Töhfətül-əhbab"
C) A.Bakıxanov. "Mişkatül-ənvar"
D) S.Ə.Şirvani. "Aslan və iki öküz"
E) M.Füzuli. "Söhbətül-əsmar"
Lirik növün janrları hansı sıradadır?
A) hekayə, təmsil, qəzəl
B) qəsidə, roman, poema
C) poema, povest, əfsanə
D) qoşma, rübai, gəraylı
E) təmsil, nağıl, təcnis
XI əsrdə yaşamış bu sənətkarın lirik şerlər "Divan"ı və "Ət-təfasir" adlı farsca lüğəti vardır:
A) Əfzələddin Xaqani
B) Məhsəti Gəncəvi
C) Qətran Təbrizi
D) Mücirəddin Beyləqani
E) İzəddin Şirvani
Epik əsər yazmış sənətkarları göstərin.
I. Qazi Bürhanəddin
II. Arif Ərdəbili
III. İmadəddin Nəsimi
IV. Şah İsmayıl Xətai
A) I, III
B) III, IV
C) II, III
D) II, IV
E) I, II
M.Hüseynin "Yeraltı çaylar dənizə axır" romanındakı Səmirə Aydın surəti ilə bağlı fikirlərdən biri səhvdir:
A) Ailəsinə, ocağına sadiq bir qadındır.
B) Müdhət haqqında qara xəbər aldıqdan sonra özünü öldürmək istəyir.
C) Həssas, iradəli və cəsarətli bir qadındır.
D) Xəsəxanada Kamranla tanış olur və sonra ona ərə gedir.
E) İxtisasca jurnalistdir və başına gələnləri sürgündə ikən qələmə alır.
"Doğru" sözünün qoşma vəzifəsində işləndiyi cümləni göstərin.
A) Könül, doğru yoldan gəl olma kənar.
B) Doğruya zaval yoxdur, çəksələr min divana.
C) Doğru büdrəyər, amma yıxılmaz.
D) Uşaq anasına doğru can atırdı.
E) Doğru söz acı olar.
Hansı cərgədə altından xətt çəkilmiş sözlərin hər ikisi təsirlik haldadır?
A) Gözünü açanda gördü ki, dostları ətrfında dayanıb.
B) Bir azdan avtobus gələcək, uşaqlar yola düşəcək.
C) Şahinin modeli yarışda birinci yeri tutdu.
D) Ayaqları sözünə baxadı, çamadanı yerə qoydu.
E) Seyran göyərçin gördümü, dayanacaq, gözlərini göyə zilləyib duracaq.
"Yandırılacaq" sözünün morfoloji təhlilində buraxılmış səhvi göstərin:
A) Yan feli sözün köküdür.
B) Düzəltmə feldir, nə edəcəkdir? sualına cavab verir.
C) -ıl məchul növün şəkilçisidir.
D) -acaq qəti gələcək zaman şəkilçisidir.
E) -dır icbar növün şəkilçisidir.
"Quru odun" və "quru adam" birləşmələrindəki "quru" sözü aşağıdakılardan hansına uyğun gəlir?
A) antonim
B) çoxmənalı söz
C) təkmənalı söz
D) sinonim
E) omonim
Tabe tərəfi düzəltmə sifət olan I növ təyini söz birləşməsini göstərin.
A) ipək köynək
B) çoxlu məsələ
C) təcrübəli bağban
D) şirindil uşaq
E) həmin tapşırıq
"Bu da bir həqiqətdir ki, Azərbaycanın minillik tarixi üzrə ilk araşdırmalar əsas etibarilə əsrimizin ortalarından aparılmağa başlanmışdır" tabeli mürəkkəb cümləsində əvəzlik-qəlib baş cümlədə hansı sintaktik vəzifəni daşıyır?
A) zaman zərfliyi
B) təyin
C) mübtəda
D) tamamlıq
E) xəbər
Hansı fikir səhvdir?
A) Lüğətçilik dilçiliyin təcrübi sahələrindən biridir.
B) Dilçilik elmi ictimai hadisə olan dili tədqiq edir.
C) Türklərin ilk ən böyük dilçisi XI əsr alimi M.Kaşğaridir.
D) Dilçiliyin dialekt və şivələri öyrənən sahəsi etimologiya adlanır.
E) Fonetika, leksikologiya, qrammatika dilçiliyin şöbələridir.
"Biz övladlarımızı körpəlik çağlarından Vətəni sevməyə alışdırmalıyıq" cümləsindəki vasitəli tamamlıq nə ilə ifadə olunmuşdur?
A) feli sifət tərkibi ilə
B) məsdərlə
C) isimlə
D) II növ təyini söz birləşməsi ilə
E) məsdər tərkibi iə
"Ömrün uzun osun!", "Canın sağ olsun!", "Bəxtin ağ olsun!" nümunələri nitq etiketlərinin hansı növünə aiddir?
A) müraciət
B) görüşmə
C) təbrik
D) ayrılma
E) alqış
Hansı cərgədəki antonim sözlər əsl Azərbaycan sözlərindən ibarətdir?
A) zəif-güclü
B) ələm-nəşə
C) nainsaf-rəhmdil
D) sülh-mübarizə
E) isti-soyuq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top