Tapılan ümumi test sayı : 25

"Haqlısan" sözünün fonetik təhlii ilə bağlı düzgün fikirləri seçin:
1. Sözdə qalın saitlərin ahəngi gözlənilmişdir.
2. [a]-qalın, açıq, dodaqlanmayan; [ı]-qalın, qapalı, dodaqlanmayansaitdir.
3. Sözdəki [q], [l] və [n] samitləri cingiltilidir.
4. Sözün yazılışı ilə deyilişi fərqlənir.
5. Vurğusu sonuncu hecaya düşür.
A) 1, 4, 5
B) 2, 3, 4
C) 2, 4, 5
D) 1, 3, 5
E) 1, 2, 4
"Yatmış idim" qrrammatik formasına görə nədir?
A) lazım şəklinin rəvayəti
B) indiki zamanın rəvayəti
C) vacib şəklinin hekayəsi
D) şühudi keçmiş zaman
E) nəqli keçmiş zamanın hekayəsi
Vasitəsiz tamamlıq budaq cümləli tabeli mürəkkəb cümləni göstərin:
A) O qorxurdu ki, camaat arasında hörmətdən düşər.
B) Onlara ədəblə hörmət etdiklərini, ağlaşmadan sonra çay-çörək verib yola saldıqlarını söylədilər.
C) O başa düşdü ki, Şahnigarın ölümündə Cahandar ağanın əli var.
D) Uşaqlar çalışırlar ki birinci yerə çıxsınlar.
E) Molla sadıq inandı ki, Allahyar intiqad alacaq.
Vurğusu ikinci hecanın üzərinə düşən sözü göstərin:
A) alanda
B) oxuyacaq
C) oynayacaqdır
D) gələrkən
E) gətirdi
Yığcamlıq, müəyyən əhvalatla, rəvayətlə bağlı olmaq hansı janrın xüsusiyyətidir?
A) nağıl
B) dastan
C) hekayə
D) məsəl
E) atalar sözü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top