Tapılan ümumi test sayı : 15

İsimdən düzələn düzəltmə felləri göstərin:
A) Səpələ, irəlilə, yollan
B) Bazar, təmizlə, mənimsə
C) İşlə, dillən, başla, alovlan
D) Yaxşılaş, ağar, başla, gecik
Sadə fellər haqqında aşağıdakılardan biri səhvdir:
A) Sadə fellərə hər cür söz dəyişdirici şəkilçi əlavə edib onları müxtəlif qrammatik formalara salmaq olur, ancaq onlar yenə sadə fellər olaraq qalır
B) İki hecalı sadə fellər yoxdur
C) Sadə fellərin çoxu tək hecalıdır
D) Sadə fellər bir kökdən ibarət olur
Düzəltmə fellər haqqında fikirlərdən biri düzgündür:
A) Səpələ, soruş, sözləri feldən düzələn düzəltmə fellərdir
B) Düzəltmə fellər əsasən say və əvəzlikdən düzəlir
C) Düzəltmə fellər saydan, əvəzlikdən, felin özündən və zərfdən də əmələ gəlir
D) Sözdüzəldici şəkilçilərin köməyi ilə düzələn fellər sadə fellər adlanır
Mürəkkəb fellər haqqındakı  fikirlərdən  biri səhvdir:
A) Gedib – gəlmək, atılıb – düşmək tipli ifadələr sözə bərabər bir məna bildirdiklərinə görə onlara şərti olaraq mürəkkəb fel demək olmur
B) Mürəkkəb fellər iki və daha artıq sözün birləşməsi ilə yaranır
C) Azərbaycan dilində hərəkət bildirən mürəkkəb söz yoxdur
D) Mürəkkəb fellər frazeoloji feli birləşmələrdən də ibarət olur
Biri feldən düzəlmiş feldir:
A) közərmək
B) otarmaq
C) bozarmaq
D) qoparmaq
E) göyərmək
Tərkibi bağlayıcılarından ibarət olan cərgəni göstərim.
A) hərgah, çünki
B) həmçinin, hətta
C) əgər, hərgah
D) belə ki, indi ki
E) halbuki, habelə
Tərkibi fel haqqında yalnız biri doğrudur:
A) Tərkibi feldə sözlər ayrı yazılır
B) Tərkibi feldə sözlər bitişik və ya defislə yazılır
C) Birinci tərəfi -a şəkilçili feldən, ikinci tərəfi bilmək felindən ibarət olan sözlər təsirli fellərdir
D) Tərkibi fellərin frazeoloji birləşmə ilə əlaqəsi olmur
“Vidalaşmaq” sözündəki laş=la+ ş yoxsa, laş şəkilçisidir?
A) -la ş
B) heç biri
C) -laş
D) -lan
E) hamısı
Düzgün cavabı yaz:
A) İsim əşyanın necəliyini bildirir
B) Sifət əşyanın hərəkətini bildirir
C) Felin 4 zamanı var
D) Felin ümumi qrammatik mənası hərəkət bildirir
E) Hamısı səhvdir
Hansı felin yalnız bir tərəfi zamana görə deyişir?
A) atılır düşür
B) bitib-tükənməz
C) gülüb danışmaq
D) həbs etdi
E) sevib-sevilmək
Sadə fellər cərgəsini göstərin
A) alışmaq, küsüşmək, isinmək
B) tərpənmək, çığırmaq, sarsılmaq
C) qaçqın, köçkün, daşqın
D) ağarmaq, gülüşmək, çoxalmaq
E) qızarmaq, düzəlmək, qorumaq
Düzəltmə fellərin sayını müəyyən edin:ağlağa`n, ağrıtma`q, ağladıcı`, aça`r, aça`rla, qudurma`q, dəmlə`t, göndəri`ş, doyurma`q, xatırlatma`q
A) 3
B) 6
C) 4
D) 7
E) 5
Birləşdirilməmiş felinin kökü nədir?
A) birləşdirmə
B) birləş
C) birləşdir
D) birləşdirilməmiş
E) bir
Biri feldən düzəlmiş feldir:
A) göyərmək
B) közərmək
C) otarmaq
D) bozarmaq
E) qoparmaq
Saydan düzəlmiş fellər cərgəsini göstərin?
A) Yaxşılaş, gözəlləş
B) Endir, gerilə
C) Heç biri
D) Duzul, qaral
E) Azal, çoxal
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top