Tapılan ümumi test sayı : 16

Fellərdən biri təsirlidir:
A) Gül
B) Otur
C) Get
D) Yaz
Təsirli və təsirsiz fellərə aid fikirlərdən biri səhvdir:
A) İsmin təsirlik halını tələb edən fellərə təsirli fellər deyilir
B) İsmin təsirlik halını tələb etməyən fellərə təsirsiz fellər deyilir
C) Təsirli olub – olmamağa görə fellər iki növ olur
D) Şəkilçilər vasitəsilə ilə təsirli fellər təsirsiz fellərə çevrilə bilmir
Təsirsiz fellərdən ibarət cərgəni göstərin:
A) Yaz, sevin, gör
B) Çək, alınmaq, inanmaq
C) Sevin, görün, atıl
D) Gəzdir, iç, aç
Sözlərdən birində təsirli feldən təsirsiz fel düzəlmişdir:
A) Döndərmək
B) Qaçırmaq
C) Düşürmək
D) Sevinmək
Fikirlərdən biri səhvdir:
A) Şəkilçilər vasitəsilə ilə təsirli fellər təsirsiz fellərə, təsirsiz fellər isə təsirli fellərə çevrilə bilir
B) Təsirli olub – olmamağa görə fellər iki növ olur
C) Bükülmək, sevinmək, atılmaq sözləri təsirsiz fellərin təsirli fellərə çevrilməsi nəticəsində əmələ gəlib
D) Gül, gəl, get, yat, dur felləri təsirsiz fellərdir
Fellərdən biri təsirsizdir:
A) bax
B) götür
C) ver
D) say
Hansı cərgədə verilmiş fellərin heç biri təsirli deyil?
A) daradı, əməl edildi
B) tikildi, pozuldu
C) tikdi, gəzdirdi
D) tikdirdi, görür
E) yazışdı, dedi
Təsirli felləri təsirsiz fellərə necə çevirirlər
A) leksik şəkilçiləri artırmaqla
B) feldən fel düzəldən şəkilçiləri artırmaqla
C) düzəltmə şəkilçiləri artırmaqla
D) qrammatik şəkilçiləri artırmaqla
E) isimdən fel düzəldən şəkilçiləri artırmaqla
Təsirli fellər nəyə deyilir?
A) Əşyanın hərəkətini bildirir
B) Nitq hissəsidir
C) Özündən asılı olan sözlərin ismin təsirlik halında işlənməsinə tələb olunan fellərə təsirli fellər deyilir
D) İsmin təsirlik halında deyil başqa hallarda işlənməsinə deyilir
E) Feli bildirir
Sadə təsirsiz fellər sırasını göstərin
A) çiçəkləmişdi, toxumlamışdı, qaysaqlamışdı
B) yuxulayırdı, gecələdi
C) inildədi, tükəndi, mürgüləyirdi
D) yumşaldı, ilişdi, inandı
E) yaxalamışdı, gecələdi, pöhrələmişdi
Təsirli fellər nəyə deyilir?
A) özündən əvvəl ismin çıxışlıq halını tələb edən fellərə
B) özündən əvvəl ismin adlıq halını tələb edən fellərə
C) özündən əvvəlki sözün isim olmasını tələb edən fellərə
D) özündən əvvəl ismin təsirlik halını tələb edən fellərə deyilir
Bu fellərdən hansıları təsirli fel kimi götürmək olmaz?
A) Bax, oyan, oyna, tut
B) Gor, bax, tulla, qaç
C) Bax, qaç, oyan, oyna
D) Bax, oyna, qac, gor
E) Oyna, bax, düz, sula
Biri təsirsizdir:
A) gəl(mək)
B) danış(maq)
C) oxu(maq)
D) bil(mək)
E) bildir(mək)
Biri təsirlidir:
A) çıx(maq)
B) əyləş(mək)
C) otur(maq)
D) yaxala(maq)
E) gəl(mək)
Təsirli fellərə aid olan sözlər...
A) yönlük haldadır
B) təsirlik haldadır
C) adlıq haldadır
D) yiyəlik haldadır
E) çıxışlıq haldadır
Təsirsiz feldən düzələn təsirsiz feli göstərin:
A) qaçırmaq
B) açılmaq
C) yanaşılmaq
D) kəsişmək
E) tanımaq
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top