Tapılan ümumi test sayı : 6

“ Tısbağa qorxudan qına çəkilmişdi ” cümləsində felin kökünə artırılmış ilk şəkilçi:
A) Məlum növ şəkilçisidir
B) Qarışıq növ şəkilçisidir
C) Qayıdış növ şəkilçisidir
D) Məchul növ şəkilçisidir
Hansı bənddəki fel qayıdış növdə deyil?
A) Tısbağa qorxudan qına çəkildi
B) Göydə bulud sürünür
C) Mənim atam öz qəlbində dəfn etmişdi öz – özünü
D) Yumul, bənövşəm, yumul
Hansı fel məchul və qayıdış növlərdə fərqli şəkilçilər qəbul edir?
A) De(mək)
B) Yar(maq)
C) Aç(maq)
D) İç(mək)
“ Buludların arasından dünyaya nur saçan günəş göründü ” cümləsində təsriflənən fel hansı qrammatik məna növündədir?
A) Qayıdış
B) Məlum
C) İcbar
D) Məchul
“ Qoca deyinirdi ki, baxanım yoxdur ” cümləsində fel hansı növdədir?
A) Məlum
B) İcbar
C) Məchul
D) Qayıdış
Felin neçə qrammatik məna növü var və hansılardır?
A) 2-qrammatik,leksik
B) 5-məlum,məchul,qayıdış,qarşılıq-birgəlik,icbari
C) 3-sadə,düzəltmə,mürəkkəb
D) 6-məlum,məchul,qayıdış,şəxssiz,qarşılıq-birgəlik,icbari
E) 5-qayıdış,məlum, sadə, mürəkkəb, düzəltmə
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top