Tapılan ümumi test sayı : 7

Felin şərt şəkli haqqında fikirlərdən biri səhvdir:
A) Şərt şəklinin xüsusi formal əlaməti var
B) Felin şərt şəkli başqa bir hərəkətin icrası üçün şərt olan hərəkəti bildirir
C) Şərt şəkli zaman şəkilçiləri qəbul edir
D) Şərt şəklinin mənasında gələcək zaman anlayışı var
Felin şərt şəkli işlənmiş cümləni seçin:
A) Dağlar yavaş – yavaş yaşıl donunu soyunur
B) İstəyirəm ki, daha yaxşı işləyəm
C) Qar yağsa, hava təmizlənər
D) Tütək tütəyə, ney neyə, saz saza, söz sözə qarışsın
Felin şərt şəklinin xüsusi şəkilçisi hansıdır?
A) - sa, - sə
B) - a, - ə
C) - malı, - məli
D) - ası, - əsi
Felin şərt şəkli haqqında aşağıdakılardan biri düzgündür:
A) Şərt şəklinin mənasında gələcək zaman anlayışı yoxdur
B) Şərt şəkli zaman şəkilçiləri qəbul edir
C) Felin şərt şəkli nitqdə ən az işlənən fel şəklidir
D) Şərt şəkli zaman şəkilçisi qəbul etmir və zamanlar üzrə dəyişmir
Felin şərt şəklinə aid cümlələri seçin:
a) oxusa, bilər
b) belə, ağ günlər görəsiniz
c) o bu il işləyəsidir
d) hər yerdə qışa hazırlıq başlanır
e) qar yağsa, hava təmizlənər
A) b,d
B) a,b,d
C) a,e
D) c,e
Şərt şəklinin şəkilçisi;
A) -ma,-mə
B) -sa,-sə
C) -ya,-yə
D) -da,-də
E) -a,-ə
Yazsa ......... şəklidir
A) Əmr
B) Şərt
C) Lazım
D) Vacib
E) Xəbər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top