Tapılan ümumi test sayı : 21

Felin təsriflənməsi nə deməkdir?
A) Şəxsə və kəmiyyətə görə dəyişməsi
B) Zamanlara görə dəyişməsi
C) Təsdiq və inkarda olması
D) Təsirli və təsirsiz olması
Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilib – bilməmək cəhətdən fellər neçə formada olur?
A) 4
B) 3
C) 2
D) 5
Felin təsriflənən formaları üçün verilmiş fikirlərdən hansı səhvdir?
A) Kəmiyyətə görə dəyişməsi
B) Zamana görə dəyişməsi
C) Şəxsə və kəmiyyətə görə dəyişmir
D) Şəxsə görə dəyişməsi
Felin təsriflənməyən formaları haqqında fikirlərdən biri səhvdir:
A) Məsdər, feli sifət, feli bağlama felin təsriflənməyən formalarıdır
B) Zamana görə dəyişir
C) Kəmiyyətə görə dəyişmir
D) Şəxsə görə dəyişmir
Hansı sırada felin təsriflənməyən formalarının hamısına aid nümunə var?
A) Çağırmaq, danışır, güldü
B) Oxumağım, gülə - gülə, dinləməyən
C) Qaça – qaça, gülməyən, qaçdı
D) Başlamaq, oxuyan, yazanda
Məsdər, feli sifət, feli bağlama üçün ortaq əlaməti göstərin:
A) Zamana görə dəyişmək
B) İsimləşə bilmək
C) Mənsubiyyətə görə dəyişmək
D) Şəxsə və kəmiyyətə görə dəyişməmək
Felin təsriflənməyən formaları üçün fikirlərdən hansı düzgündür?
A) Kəmiyyətə görə dəyişməsi
B) Şəxsə və kəmiyyətə görə dəyişməsi
C) Zamana görə dəyişməsi
D) Şəxsə görə dəyişməsi
Aşağıdakı fikirlərdən biri səhvdir:
A) Təsriflənən fellərdə işin aid olduğu şəxsi bildirən sözü dəyişəndə felin də şəxsi dəyişir
B) Təsriflənməyən fellər şəxsə, kəmiyyətə görə dəyişmir
C) Təsriflənən fellər predikativ formada olur və şəxsə, kəmiyyətə görə dəyişir
D) Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilib – bilməmək cəhətdən fellər 3 formada olur
Verilənlərdən biri felin təsriflənməyən formasıdır:
A) Küsəyən
B) Oxuyası
C) İşləyəsidir
D) Eşitdiyim
Məsdər, feli sifət, feli bağlama üçün ortaq əlamət sayıla bilməz:
A) Hər üçünün də fellə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətlərini daşıması
B) İsimləşə bilmək
C) Kəmiyyətə görə dəyişməmək
D) Şəxsə görə dəyişməmək
Məsdər haqqında fikirlərdən biri düzgündür:
A) Hallanmır
B) Zamana görə dəyişmir
C) Felin qrammatik məna növləri üzrə dəyişə bilmir
D) Mənsubiyyətə görə dəyişmir
Məsdər ilə bağlı fikirlərdən biri səhvdir:
A) Məsdər şəxs şəkilçisi qəbul edərək cümlədə ismi xəbər olur
B) Məsdər cümlənin mübtədası, tamamlığı ola bilir
C) Məsdər şəxsə, kəmiyyətə, zamana görə dəyişmir
D) Fellər lüğətlərdə feli bağlama formasında olur
Məsdər feldən başqa hansı nitq hissəsinin xüsusiyyətlərini daşıyır?
A) ismin
B) əvəzliyin
C) sifətin
D) zərfin
E) sayın
Məsdər hansı cümlə üzvü vəzifəsində çıxış edə bilmir?
A) zərflik
B) xəbər
C) tamamlıq
D) mübtəda
E) təyin
Sözlərdən biri felin təsriflənməyən formasıdır?
A) gələsidir
B) görülsə
C) deməkdir
D) sarıma
E) söyləmədi
Sözlərdən biri felin təsriflənməyən formasıdır
A) gələsidir
B) sarıma
C) deməkdir
D) görülsə
E) söyləməli
Sözlərdən biri həm məsdər, həm de başqa nitq hissəsidir
A) qarmaq
B) axmaq
C) istək
D) barmaq
E) qarlamaq
Məsdər haqqındakı fərziyyə yanlışdır?
A) təsdiqdə olur
B) təsirli və təsirsiz olmur
C) hərəkət bildirir
D) qoşmalarla işlənə bilir
E) isim kimi hallanır
Məsdərin felə aid xüsusiyyətlərindən biri səhvdir.
A) Felin təsriflənən formaları ilə eyni leksik mənanı bildirir.
B) Felin müxtəlif qrammatik məna növlərində olur.
C) Təsirli və təsirsiz olur.
D) Mənsubiyyətə görə dəyişir.
E) Təsdiq və inkarda olur.
-maq, -meq şəkilçisinin ixtisarı bunlardan hansıdır?
A) Ma, me
B) Ası
C) Maq, mae
D) Mali
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top