Tapılan ümumi test sayı : 7

Feli sifətin hansı xüsusiyyəti sifətə aid edilə bilməz:
A) Aid olduğu ismin əvvəlində işlənməsi
B) İsimləşə bilməsi
C) Ətrafına söz toplaya bilməsi
D) Cümlədə təyin olması
Feli sifət haqqında aşağıdakılardan biri səhvdir:
A) Feli sifətin əsas şəkilçiləri – an2 , - mış4 , - dığım şəkilçiləridir
B) Feli sifət həm felin, həm də ismin xüsusiyyətlərini daşıyır
C) Feli sifət həm felin, həm də sifətin əlamətini daşıyır
D) Feli sifətin əmələ gəlməsində bir neçə şəkilçi iştirak edir
Feli sifətə aid edilmiş xüsusiyyətlərdən biri səhvdir:
A) Xəbərlik şəkilçisi qəbul edə bilmir
B) Sifət kimi isimləşir
C) Təsdiq və inkar olur
D) İsimlə bağlı olur
Hansı feli sifət şəkilçiləri felin vacib və lazım şəkillərinin şəkilçisi ilə omonimdir:
A) - malı2, -ası2
B) - an, - ən
C) -dıq4, -m, -ası2
D) -acaq2, -əcək4
Hansı cümlədə feli sifət işlənmişdir:
A) Yanan meşələrdən qalxan tüstü havanı bürümüşdü
B) Bu iş görülməlidir
C) Məktub yazılmalıdır
D) Uşaq oxumağa həvəs göstərir
Feli sifətin sifətlə ortaq olmayan cəhəti hansıdır?
A) hansı? sualına cavab vermək
B) Cümlədə təyin olmaq
C) Isimləşə bilmək
D) ətrafına söz toplamaq
E) ismə aid olmaq
Feli sifəti göstərin
A) Gülən
B) Gülləndə
C) Gülünc
D) Güləyən
E) Güllü
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top