Tapılan ümumi test sayı : 5

İsimləşmiş feli sifət hansı cümlədədir?
A) Yığılmış meyvələri qonaqlara payladılar
B) Hazırlanmış məhsul şəhərə göndərildi
C) Əhməd yazılanları qəzetə göndərdi
D) Onların yazıldığı siyahı diqqətlə yoxlandı
Hansı cümlədə feli sifət təyin vəzifəsindədir?
A) Çalışmayan şagird uğur qazana bilməz
B) İşləməyən dişləməz
C) Razı deyiləm yatmışları kimsə oyatsın
D) Çox gəzən çox bilər
Hansı cümlədə feli sifət tərkibi işlənmişdir?
A) Vətən torpağını qoruyan əsgər
Dırnaqla, diş ilə qazıyar səngər
B) Açılmış vərəqdir açılan səhər,
Qulaq as, gör sənə söyləyir nələr...
C) Gözü yumub - açınca, baş açmıram, nə işdi?
Tamamilə həyatım dəyişdikcə dəyişdi
D) Sözlərindən hansısa qocaya təsir etdi
Gözünü mənə dikib, bir xeyli fikrə getdi
Feli sifətin felə aid xüsusiyyətlərindən biri deyil:
A) Təsirli və təsirsiz olur
B) Hərəkət mənası bildirir
C) İsmə aid olur və isimdən əvvəl işlənir
D) Təsdiq və inkar olur
Feli sifət tərkibi işlənmiş cümləni seçin:
A) Duman dağların üstündən çəkiləndə yamacda bir kənd gördüm
B) Məktəbə gedəndə yıxıldım
C) Yeməyini yalqız yeyən, yükünü özü qaldırar
D) Kəndə çatar – çatmaz qarşısına bir it çıxdı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top