Tapılan ümumi test sayı : 11

Zərfin quruluşca neçə növü var?
A) 4
B) 5
C) 3
D) 2
Sadə zərflər haqqında fikirlərdən biri səhvdir:
A) Sadə zərflər heç bir başqa sözdən əmələ gəlmir
B) Tez, gec, yavaş, irəli, geri sadə zərflərdir
C) Sadə zərflər kök və şəkilçidən ibarət olur
D) Sadə zərflər əslən zərflərdir
Düzəltmə zərflər haqqındakı fikirlərdən biri düzgündür:
A) İrəli, geri, uzaq, yaxın düzəltmə zərflərdir
B) Düzəltmə zərflər iki sözün birləşməsindən əmələ gəlir
C) Düzəltmə zərflər kök və şəkilçidən ibarət olur
D) Düzəltmə zərflər əslən zərflərdir
Sadə zərflər verilən sıranı göstərin:
A) Daxilən, qəflətən, əvvəl
B) Axşam, indi , cəld
C) Türkcə, xaincəsinə, çoxdan
D) Gündə, həmişəlik, yuxarı
Mürəkkəb zərflər haqqındakı fikirlərdən biri səhvdir:
A) Mürəkkəb zərflər də sadə və düzəltmə zərflər kimi felə aid olub, hərəkəti izah edir
B) Tezdən, çoxdan, birdən zərfləri mürəkkəbdir
C) Mürəkkəb zərflər iki sözün birləşməsindən əmələ gəlir
D) Mürəkkəb zərflərdə iki söz birləşir, bir söz olur
Mürəkkəb zərfləri seçin:
A) Yavaş, birdən
B) Dalbadal, qaçaraq
C) Yanbayan, saatbasaat
D) Üzbəüz, irəli
Zərfdən sifət düzəldən şəkilçini göstərin
A) -yana
B) -li
C) -ca
D) -ki
E) -la
Düzəltmə zərfləri seçin;
A) Heç biri
B) Az-maz, birə-beş, sola
C) Daxilən, yanakı, ucadan
D) Yenə, ora, irəli-geri
Sadə zərflər nəyə deyilir?
A) leksik şəkilçinin köməyi ilə düzəlir
B) bir kökdən ibarət olan
C) iki və daha artıq kökdən ibarət olur
D) -araq, -ərəq şəkilçisi ilə düzəlir
E) -ca, -cə şəkilçisi ilə düzəlir
Verilmiş bəndlərdən birində zərf işlənməmişdir?
A) O, çox sərt danışırdı
B) Qoşun sürətlə irəlilədi
C) Ana ehtiyatla içəri daxil oldu
D) Geriyə yol yoxdur
E) Darıxdığı üçün kəndə getmişdi
-la, -lə şəkilçisi necə tələffüz edilir?
A) [da]
B) [nan]
C) [lan]
D) [dan]
E) [la]
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top