Tapılan ümumi test sayı : 8

Tərzi hərəkət zərfləri haqqındakı fikirlərdən biri səhvdir:
A) Zərfin bu növü hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
B) Zərfin bu növü necə? nə cür? suallarına cavab verir
C) Birdən, qəflətən, yanakı zərfləri tərzi – hərəkət zərfləridir
D) Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir
Tərzi hərəkət zərfi işlənmiş cümləni seçin:
A) Birdən müdirin gözü Yavərə, Yavərin də gözü müdirə sataşdı
B) Uşaq soyuqdan tir – tir əsirdi
C) Uşaq hirsindən yeməyini yemədi
D) Bu sözü ondan dəfələrlə eşitmişik
Tərzi hərəkət zərfi hansı cümlədədir?
A) Soyuq olduğu üçün qalın geyinmişdi
B) Səni tezliklə görəcəyəm
C) Uşaq hirsindən yeməyini yemədi
D) Maşın yanımdan çox sürətlə keçdi
Tərzi hərəkət zərfləri haqqındakı fikirlərdən biri düzgündür:
A) Tərzi hərəkət zərfləri felə aid olub, hərəkətin kəmiyyətini, miqdarını bildirir
B) Tərzi hərəkət zərfi hərəkətin necə, nə vəziyyətdə icra edildiyini bildirir
C) Tərzi hərəkət zərfi hara? haraya? harada? suallarına cavab verir
D) Zərfin bu növü hərəkətin icra olunduğu vaxtı bildirir
Tərzi hərəkət zərfi hansı cümlədədir?
A) Gəlin bir az dincələk
B) O azacıq kənara çəkildi
C) Ən irəlidə bayraqdar gedirdi
D) Dönə - dönə məktubu oxudu
Hansı sözlər həm sifət, həm də tərzi hərəkət-zərfi ola bilir?
A) iti, pis, xəfif
B) möhkəm, sağ, sol
C) gözəl, əsr, təəccüblə
D) az, xeyli, doğru
E) yaxşı, cəld, açıq
Biri tərzi-hərəkət zərfi ilə sifətin oxşar əlaməti deyil:
A) Bəzi sözlər həm sifət, həm də tərzi-hərəkət zərfi kimi işlənə bilir.
B) Hər ikisi də əlamət bildirir.
C) Hər ikisinin quruluşca 3 növü var.
D) İkisi də necə? nə cür? hansı? suallarına cavab olur.
Mürəkkəb sözlərdən biri tərzi-hərəkət zərfidir:
A) növbənöv
B) yanbayan
C) qovhaqov
D) cürbəcür
E) vurhavur
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top