Tapılan ümumi test sayı : 12

Tabesizlik bağlayıcıları hansılardır?
a) və, ilə
b) çünki, ki
c) yaxud, guya
d) həm, isə
e) sanki, hərgah
ə) gah, ya
A) b,c,ə
B) a,d,e
C) c,d,e
D) a,d,ə
Tabesizlik bağlayıcıları haqqındakı fikirlərdən hansı düzgündür?
A) Çünki, həm, guya, hərgah və s. tabesizlik bağlayıcılarıdır
B) Tabesizlik bağlayıcıları eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
C) Tabesizlik bağlayıcıları yalnız cümlənin əlaqələnməsində kömək edir
D) Tabesizlik bağlayıcılarının mənaları, tabelilik bağlayıcılarının mənalarından fərqlənmir
Tabesizlik bağlayıcısı işlənmiş cümləni seçin:
A) Hərgah sevgisi sağlam yoldaşlıq sevgisidirsə, onu təbrik etmək lazımdır
B) Yer ilə Venera arasında “ cəmi ” 39 milyon kilometr məsafə var
C) Təsadüfi deyil ki, buğdaya dünyanın hər yerində rast gəlmək olur
D) Söz verin ki, mənim haqqımda pis fikirdə olmayacaqsınız
Tabelilik bağlayıcılarının cərgəsini müəyyənləşdirin:
A) hərgah, lakin, ancaq
B) madam, belə ki, hərçənd
C) çünki, yaxud, nə, yəni
D) ki, amma, isə, sanki
Tabelilik bağlayıcısı işlənmiş cümləni seçin:
A) Vətən uğrunda qəhrəmanlıqla həlak olanların xatirəsi unudulmur və heç vaxt unudulmayacaqdır
B) Könlüm keçir Qarabağdan,
Gah bu dağdan, gah o dağdan
C) Əgər buğda olmasaydı, dünyada insanların işi çətin olardı
D) Dağlarla dərələr yanaşı duraraq gözəl təzad yaradırlar
Tabelilik bağlayıcıları haqqında aşağıdakılardan hansı səhvdir?
A) Əgər, hərgah, hərçənd, madam və s. tabelilik bağlayıcısıdır
B) “ Yəni ” aydınlaşdırma bağlayıcısı tabelilik bağlayıcısıdır
C) Tabelilik bağlayıcılarının mənalarına görə 5 növü var
D) Tabelilik bağlayıcıları cümlənin əlaqələnməsinə kömək edir
Cümlələrdən yalnız birində tabelilik bağlayıcısı yoxdur:
A) Madam ki, gəlibsən, sözünü de
B) Hərgah bina tikilib başa çatsa, fəhlələr müəyyən qədər istirahət edə bilərlər
C) Səs – səmir gəlmirdi, sanki bütün kənd yatmışdı
D) Onlar çox çalışdılar, ancaq ciddi bir nəticə əldə olunmadı
Tabelilik bağlayıcıları haqqında fikirlərdən hansı düzgündür?
A) Tabelilik bağlayıcıları cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri bir – biri ilə bağlayır
B) Tabelilik bağlayıcıları eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
C) Tabelilik bağlayıcıları cümlənin əlaqələnməsinə kömək edir
D) Tabelilik bağlayıcılarının qrammatik əsası olmur
Tabesizlik bağlayıcısı haqqında fikirlərdən biri səhvdir?
A) Tabesizlik bağlayıcıları cümlənin həmcins üzvlərini, eləcə də tabesiz mürəkkəb cümləni əmələ gətirən sadə cümlələri bir – biri ilə bağlayır
B) Bu bağlayıcılar eyni hüquqlu sözlərin və eyni hüquqlu cümlələrin əlaqələnməsinə kömək edir
C) Tabesizlik bağlayıcıları yalnız tabeli mürəkkəb cümlələrdə işlənir
D) Cümlədəki vəzifəsinə görə bağlayıcılar iki növə bölünür
Cümlələrdən yalnız birində tabesizlik bağlayıcısı yoxdur:
A) Yer kürəsi böyük və gözəldir
B) Güclü motor səsi eşidildi və havada nəhəng bir cırcırama göründü
C) Cordano Bruno səkkiz il qaranlıq zindanda qalmış, lakin fikrindən dönməmişdir
D) Sədr ondan çox razıdır, çünki Mənzər gözəl iş nümunələri göstərir
Cümlələrdən birində tabelilik bağlayıcısı işlənmişdir:
A) Bağça bağın qıydı, bağban salxımın qırmadı
B) Kaman dilə gəldi, amma çaldığı romans kədərdən çox məhəbbət ifadə edirdi
C) Hərçənd Aslan da uşaq idi, ancaq böyük olduğu üçün hər zəhmətə qatlaşırdı
D) Ay qız, bəri gəl!
E) Sən, yoxsa mən gedim?
Güzəşt bağlayıcılarını göstərin.
A) lakin, amma, ancaq
B) və, ilə
C) nə, nə də, nə də ki
D) ki, belə ki
E) hərçənd, hərçənd ki
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top