Tapılan ümumi test sayı : 14

Ədat haqqındakı fikirlərdən biri səhvdir:
A) Cümlənin ifadə etdiyi fikirdə müxtəlif məna çalarları əmələ gətirən köməkçi nitq hissəsinə ədat deyilir
B) Dilimizdə həm bağlayıcı, həm də ədat kimi işlənən söz yoxdur
C) Ancaq sözü ədat kimi işlənəndə fərqləndirmə, ayırma, məhdudlaşdırma mənası verir
D) “ ki ” köməkçi sözü yerinə görə həm bağlayıcı, həm də ədat olur
Hansı cümlədə ədat işlənməmişdir?
A) Sən də təzə - təzə qəlbə dəyirsən
B) Havanı bulud almışdı, ancaq hələ yağış yağmırdı
C) Ancaq zəhmətlə qazanc əldə etmək olar
D) Di salamat qalın
Ədat haqqında fikirlərdən biri düzgündür:
A) Ancaq sözü ədat kimi işlənəndə fərqləndirmə, ayırma mənası vermir
B) Ancaq sözü cümlələr arasında işlənərək, cümlələri bir – birinə bağlayırsa, nitq hissəsi kimi ədat olur
C) “ da - də” sözünün cümlədə təkrarı yoxdursa, o, bir dəfə işlənərək fərqləndirici məna daşıyırsa ədat hesab olunur
D) Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən sözlərə ədat deyilir
Ədat haqqında aşağıdakılardan hansı səhvdir?
A) “ ki ” köməkçi feli yerinə görə həm bağlayıcı, həm də ədat olur
B) “ ki ” ədatından sonra vergül qoyulmur
C) “ ki ” ədatı cümlədən vergüllə ayrılır
D) Cümlənin ifadə etdiyi fikrində müxtəlif məna çalarları əmələ gətirən köməkçi nitq hissəsinə ədat deyilir
Hansı cümlədə ədat işlənmişdir:
A) Bilirik ki, Azərbaycanın böyük gələcəyi var
B) Axı sən yaxşı oxumalısan
C) Bilirsiniz ki, dünyada heç şey yox olmur
D) Alim də, şair də, dağda çoban da
Deyir mahnısını ana dilində
Ədatlar cümlədə hansı cümlə üzvü kimi işlənir?
A) Mübtəda
B) Tamamlıq
C) Təyin
D) Ədatlar cümlədə heç bir cümlə üzvü kimi işlənmir
E) Xəbər
Aşağıdakı cümlələrin hansında bax sözü ədat kimi işlənib?
A) Mən səhvini ona deyəndə mənə hirslə baxdı
B) Sözü bax belə deyərlər
C) Şəklə diqqətlə bax
D) ver mən də baxım
E) Ora bax, gələn bizim uşaqlardır!
Aşağıdakı cümlələrdən  birində "bax" sözü ədat kimi işlənib.
A) Sözü bax belə deyərlər
B) Baxmamış, alma
C) Heç baxdın ki
D) Bax sonra də
E) Bax gör oradakı kimdir?
Həm qüvvətləndirici, həm də əmr ədatı kimi işlənə bilən ədat aşağıdakılardan hansıdır?
A) di ədatı
B) ki ədatı
C) ha ədatı
D) da ədatı
E) lap ədatı
Hansı cümlədə ədat işlənmişdir?
A) Artıq sözə ehtiyac yoxdur
B) Görün bu nələr danışır
C) Hər axşam sahildə təkcə gəzişərdi
D) Hərdən gedib onun gözünə görün
E) Görən, bu işlərin axırı necə olacaq
Ədat nəyə deyilir?
A) Danışanın fikrə münasibətini bildirən köməkçi nitq hissəsinə ədat deyilir
B) Hiss-həyəcan ifadə edən nitq hissəsinə ədat deyilir
C) Müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə ədat deyilir.
D) Cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə ədat deyilir
E) Cümlələri bir-birinə bağlayan köməkçi nitq hissəsinə ədat deyilir
Bu cümlələrin hansında da, də sözlərindən biri  ədatdır?
A) Həm yağış yağır, həm də külək əsirdi
B) Bizdə şeir də var, sənət də vardır
C) Nə bu gün, nə də sabah vaxtım olmayacaq
D) Mən də sənin tərəfindəyəm
E) Oxuyuram da..
Hansı cümlədə "bəs" sözü ədat deyil?
A) bəs eləyincə oynadılar
B) niyə getmədiniz bəs
C) bəs nə vaxt gedəcəksən
D) bəs kitabı oxumadın
E) Bəs mən bunu niyə bilmirəm
Sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsinə nə deyilir?
A) Ədat
B) Qoşma
C) Bağlayıcı
D) Modal Sözlər
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top