Tapılan ümumi test sayı : 8

Cümlələrdən hansında qüvvətləndirici ədat işlənmişdir?
A) Di gəl, durnalara bir şeir deyək
B) Axı bu məsələ çoxdan həll olunmalı idi
C) Təkcə Anar bütün tapşırıqları düzgün həll etmişdi
D) Sən yazırsanmı?
Ədatların qrammatik məna növləri haqqındakı fikirlərdən biri səhvdir:
A) Məhdudlaşdırıcı ədatlar cümlədə bir sözü, bir mənanı başqalarından ayırmaq, fərqləndirmək məqsədilə işlədilir
B) Sual ədatları cümləyə sual məzmunu verir
C) Məhdudlaşdırıcı ədatlar dialoqlarda işlənir
D) Qüvvətləndirici ədatlar ayrı – ayrı sözlərin, cümlələrin ifadə etdiyi mənanı qüvvətləndirmək üçün işlədilir
Məhdudlaşdırıcı ədatlar  hansılardır:
a) ancaq
b) elə
c) axı
d) yalnız
e) bircə
ə) ən
A) c,d,ə
B) a,b,e
C) b,c,d
D) a,d,e
Əmr ədatı işlənmiş cümlələrdən biri səhvdir:
A) Qoy dərsini oxusun
B) Gəl bu işdən əl çək
C) Sözü bax belə açıq deyərlər
D) Çantanı yerə qoy
Hansı cümlədə “ elə ” sözü dəqiqləşdirici ədat kimi işlənmişdir?
A) Elə hamı mən deyəni deyir
B) Elə dost çətin tapılar
C) Elə adamlarla oturub – durma
D) Elə bil ki, üzümüzə gün doğdu
Cümlələrdən hansında ancaq məhdudlaşdırıcı ədat kimi işlənmişdir?
A) Dalğalar sahilə can atır, ancaq tez geri çəkilirdi
B) Çoxları məsləhət alır, ancaq təkcə ağıllılar ondan faydalana bilər
C) Təbiət yavaş-yavaş oyanır, ancaq hələ quşların səsi eşidilmirdi
D) Maraqlı məlumatdır, ancaq bir şey çatışmır
E) Biz ancaq ona inanırıq
Qüvvətləndirici ədatlar hansılardır?
A) qoy, lap, ha
B) ən, lap, məgər
C) barı, lap, ha
D) elə, ki, yox
E) hətta, artıq, ha
“Ancaq onu görmək istəyirəm.” cümləsində ədatın hansı məna növü işlənmişdir?
A) Dəqiqləşdirici ədat
B) Məhdudlaşdırıcı ədat
C) İnkar ədatı
D) Qüvvətləndirici ədat
E) Sual ədatı
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top