Tapılan ümumi test sayı : 7

Modal sözlər haqqında hansı fikir səhvdir?
A) Modal sözlərin məna əsasını modallıq təşkil edir
B) Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
C) Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə modal sözlər deyilir
D) Danışan bu sözlər vasitəsilə öz fikrinə və ya başqasının dediyi fikrə münasibət bildirir
Modal sözlər haqqında hansı fikir səhvdir?
A) Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır
B) Modal sözlər quruluşca sadə və mürəkkəb olur
C) Modal sözlər cümlənin sonunda işlənə bilmir
D) Bir sözdən ibarət olan modal sözlər quruluşca sadədir
Həm modal söz, həm də fel kimi işlənən sözləri seçin:
A) Demə, görəsən
B) Görünür, beləliklə
C) Olmaya, xülasə
D) Düzü, doğrusu
Hansı cümlədə modal söz işlənməmişdir?
A) Sirrini dostuna demə, dostunun da dostu var
B) Görünür, düşmən bizim zəif yerimizi bilir
C) Elə danışır, elə bil uşaqdır
D) Deyəsən, yağış yağacaq
Modal sözlərə aid olanlardan yalnız biri düzgündür:
A) «Xülasə » sözü həm isim, həm də modal söz kimi işlənir
B) Modal sözlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur
C) Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir
D) Əlbəttə, bəlkə də, doğrudan da sözləri quruluşca sadə modal sözlərdir
Aşağıdakı cümlələrdən birində modal söz işlənmişdir: (durğu işarəsi qoyulmamışdır )
A) Sözün doğrusunu zarafatla deyərlər
B) Burdan baxdıqda hər şey aydın görünür
C) Mənə bu haqda bir kəlimə belə demə
D) Yəqin kəndlərdən şəhərə müşavirəyə gəlirlər
Modal sözlər cümlədə nə kimi işlənir?
A) Ara sözlər
B) Təyin
C) Xitab
D) Tamamlıq
E) Zərflik
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top