Tapılan ümumi test sayı : 7

Modal sözlər haqqında hansı fikir səhvdir?
A) Sözlərin və cümlələrin təsir gücünü qüvvətləndirən köməkçi nitq hissəsinə modal sözlər deyilir
B) Modal sözlərin məna əsasını modallıq təşkil edir
C) Danışan bu sözlər vasitəsilə öz fikrinə və ya başqasının dediyi fikrə münasibət bildirir
D) Modal sözlər cümlədə başqa sözlərdən ayrı tələffüz edilir və ayrı yazılır
Modal sözlər haqqında hansı fikir səhvdir?
A) Modal sözlər cümlənin sonunda işlənə bilmir
B) Bir sözdən ibarət olan modal sözlər quruluşca sadədir
C) Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır
D) Modal sözlər quruluşca sadə və mürəkkəb olur
Həm modal söz, həm də fel kimi işlənən sözləri seçin:
A) Olmaya, xülasə
B) Görünür, beləliklə
C) Demə, görəsən
D) Düzü, doğrusu
Hansı cümlədə modal söz işlənməmişdir?
A) Elə danışır, elə bil uşaqdır
B) Görünür, düşmən bizim zəif yerimizi bilir
C) Deyəsən, yağış yağacaq
D) Sirrini dostuna demə, dostunun da dostu var
Modal sözlərə aid olanlardan yalnız biri düzgündür:
A) Modal sözlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur
B) Əlbəttə, bəlkə də, doğrudan da sözləri quruluşca sadə modal sözlərdir
C) Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir
D) «Xülasə » sözü həm isim, həm də modal söz kimi işlənir
Aşağıdakı cümlələrdən birində modal söz işlənmişdir: (durğu işarəsi qoyulmamışdır )
A) Mənə bu haqda bir kəlimə belə demə
B) Sözün doğrusunu zarafatla deyərlər
C) Yəqin kəndlərdən şəhərə müşavirəyə gəlirlər
D) Burdan baxdıqda hər şey aydın görünür
Modal sözlər cümlədə nə kimi işlənir?
A) Zərflik
B) Tamamlıq
C) Təyin
D) Ara sözlər
E) Xitab
Yoxlamadan sonra nəticə burada göstəriləcək
Top